IQNA

Məşhur Quran qarisi vəfat edib

7:24 - January 18, 2021
Xəbər sayı: 3489066
Tehran (IQNA) -  Misrin Kəfər-Şeyx əyalətinin məşhur Quran qarisi Şeyx Əbdüləlim Füsadə ötən həftənin Şənbə günü, 16 Yanvar 2021-ci il, 73 yaşında ikən dünyasını dəyişib.

Misrin Kəfər-Şeyx əyalətinin məşhur Quran qarisi Şeyx Əbdüləlim Füsadə ötən həftənin Şənbə günü, 16 Yanvar 2021-ci il, 73 yaşında ikən dünyasını dəyişib.

Misrin Quran Qariləri Birliyinin üzvü ötən həftənin Şənbə günü Misrin Kəfər-Şeyx əyalətinin Beyla şəhərində dəfn edilib.

Şeyx Əbdüləlim Füsadə 1947-ci ildə Misrin Kəfər-Şeyx əyalətinin Beyla şəhərində anadan olub. 10 yaşında Quranı əzbərləyib. Misrin əl-Əzhər İslam Elmləri Akademiyasının Quran Elmləri ixtisasını başa vurub. Sonra Beyla şəhərinin ən məşhur ibadət məkanı olan əl-Mədavi məscidində qari kimi fəaliyyət göstərib.

Quran qiraəti üçün mübarək Ramazan aylarında bir çox İslam ölkələrinə səfər edib.  (iqna)

captcha