IQNA

Bəhreyn rejimi işgəncələrə davam edir

21:17 - April 19, 2021
Xəbər sayı: 3489652
Bəhreyndə başlayan siyasi məhbusların pis vəziyyətinə qarşı etirazlar günlərdir davam edir.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Dəyərlər.org-a istinadən xəbər verir ki, Bəhreyn həbsxanalarındakı qeyri-sağlam və qeyri-insani şərait məhkumlar arasında koronavirus riskinin artması və həbsxanalardakı müxaliflərə işgəncə siyasi məhbusların ailələri və ictimaiyyət arasında narahatlıqlar yaradıb və Bəhreyn küçələrinə çıxaraq etirazlar ediblər.

Nümayişlər dünən (16 aprel) də davam edib. Karbabad, Şahrxan, Sitra, Əd-Diraz, Karanəh, Əbu Sabi, Əl-Dir və Əl-Hamladakı nümayişlər fasiləsiz davam edib.

Bəhreynli etirazçılar siyasi məhbusların dərhal və qeyd-şərtsiz sərbəst buraxılmasını tələb edən şüarlar səsləndiriblər və Kovid 19 epidemiyasından sonra məhbusların davamlı həbs edilməsini qınayıblar.

Etirazçılar xüsusilə həbsxanalardakı koronavirus xəstəliyindən sonra siyasi məhbusların saxlanılmasına son qoyulmasını istəyiblər.

Bəhreyndəki Əl-Vifaq cəmiyyəti sonuncu bəyanatında ölkədə siyasi məhbusların azadlığa buraxılması üçün ən az 379 nümayişin keçirildiyini söyləyib.

captcha