Amerikanın "Lincoln Journal Star" elektron jurnalı müsəlmanların mübarək Ramazan ayında icra etdikləri dini ayinlər və əməllərindən fotoreportaj hazırlayıb.
Reportajda dünyanın müxtəlif guşələrində yaşayan müsəlmanların son iki ildə koronavirus pandemiyasının bütün dünyanı bürüməsinə rəğmən Ramazan ayı ayinlərini yerinə yeritmələri öz əksini tapıb.
Jurnal dünyanın müxtəlif yerlərində yaşayan müsəlmanların Ramazan ayında icra etdikləri maraqlı dini ayinlər barədə izahla şəkillər əsasında məlumat verib. / iqna

Əfqanıstanın Kabul şəhərində Ramazanın ilk günü məsciddə namaz

İndoneziyanın Cakarta şəhərində məsciddə Quran tilavət edən xanım

İndoneziyalı oruclu iftardan öncə Cakarta məscidində istirahət edir

Şikakonun İslam Mərkəzinin məscidində Quran oxuyan oruclu

Ümrə ziyarətçiləri Məkkədə Sübh namazı qılır

İstambul məscidi Ramazandan bir gün öncə

Fələstinlilər Ramazan münasibəti ilə Beytul-Müqəddəsdə küçələri bəzəyirlər

Beyrutda restoranda iftar edən kişi rəsmi

İndoneziyada müsəlmanlar təravih namazı qılırlar

Şikakonun İslam mərkəzində namaz sırasında yatan uşaq