
Tehran (IQNA) - Dünyanın müxtəlif guşələrində yaşayan 800 milyon müsəlman koronavirusun yaratdığı mövcud pandemiya məhdudiyyətlərinə rəğmən mübarək Ramazan ayının ayinlərini yerinə yetirirlər.
Bir çox ölkələrdə koronavirus pandemiyasına qarşı vaksin və peyvənd işləri başlasa da dini əməllər və ayinlərin icrasına qarşı tətbiq edilmiş qadağalar götürülməyib.
Dünya müsəlmanları artıq ikinci Ramazan ayıdır ki, orucluğun dini ayinləri xüsusi şərait və şərtlər altında və pandemiyanın yaratdığı məhdudiyyətlər çərçivəsində yerinə yetirirlər. Amma insanlar yenə də ümidr edirlər ki, vaksin və peyvənddən sonra pandemiyasız həyata geri dönəcəklər.
İngiltərənin məşhur Reuters xəbər agentliyinin informasiya portalı müsəlmanların mübarək Ramazan ayında dini ayinləri yerinə yetirməsini fotolarda əks etdirib. / iqna

İraqın Nəcəf şəhəridə kütləvi iftar süfrəsi

İraqın Nəcəf şəhərindəki məscidlərdən birində Quran oxuyan müsəlman qadın

Misrin Bəni-Suf rayonunda ənənəvi Ramazan yeməkləri

Yəmənin Səna şəhərində Səmbusə yeməyi bişirilir

Türkiyənin İstambul şəhərinin Ayasofiya məscidində bir Ramazan gecəsi

Suriyanın Dəməşq şəhərində Ramazan şirinisi

Məkkə şəhərində Ramazan ayının Cümə namazı

Fələstinli müsəlman qadın Qübbətus-Səxrənin önündə dua edir

Qəzza zolağının Xan-Yunis rayonunda davulçu insanları imsaka oyadır.

Malaziyanın Kualalampu şəhərinin Cümə Namazı məscidi

Fələstinli qadınlar Ramazan ayında Qübbətus-Səxrədə dua edərkən

Pakistanın Kəraçi şəhər məscidində Quran tilavəti

Kəbə evinin yuyulması

Ngieriyanın Abuca şəhərində Cümə namazına hazırlşan müsəlmanlar dəstəmaz alır