IQNA

Qədr gecəsində duaların qəbul olunması üçün lazım olan əməllər

22:37 - May 02, 2021
Xəbər sayı: 3489733
Qədr gecəsində duaların qəbul olması üçün bəzi işlər görmək lazımdır ki, dualar qəbul olunsun. Bu gecədə dualarımızın qəbul olmasını istəyiriksə, Quranı başımıza qoyub Məsumlara (ə) təvəssül etməliyik.

Qədr gecəsində duaların qəbul olması üçün bəzi işlər görmək lazımdır ki, dualar qəbul olunsun.

Həmmad ibni Osman nəql edir: “Ramazan ayının 21-ci gecəsində İmam Sadiqin (ə) xidmətinə getmişdim. Mənə buyurdu: “Ey Həmmad! Qüsl almısan?”.

Dedim: “Bəli”.

Buyurdu: “Mənə yaxın gəl və namaz qıl”.

İmam (ə) davamlı olaraq namaz qılırdı və mən də onun kənarında namaz qılırdım. Bütün namazlardan ayrılandan sonra dua etməyə başladı. Mən də onun dualarına “Amin!” deyirdim. Səhər açılmağa başladı. Həzrət (ə) azan və iqamə deyib, yeniyemə oğlanlarını çağırdı. Biz onun arxasında dayandıq və sübh namazını camaatla qıldıq”.

Andullah ibni Yəzid nəql edir: “Ayişə deyir: Ey Allahın Peyğəmbəri! Əgər Qədr gecəsini dərk etsəm, Allahdan nə istəyim?”.

Həzrət (s) buyurur: “Ondan salamatlıq istə””.

İmam Həsən Müctəba (ə) belə dua edir:

“Ey o kəs ki, aşkarı gizlidir.

Ey o kəs ki, gizli olması aşkardır.

Ey o gizli ki, gizli deyildir.

Ey o aşkar ki, görünməzdir.

Ey o hazır ki, görünməzdir.

Ondan tələb edərlər və ona verər.

Səmalar, yerlər və o şey ki, onların arasındadır, hətta bir göz qırpmaq belə, ondan ehtiyacsız deyildir.

Nə necəliyi ilə dərk olunar, nə harada olması bəyan olunar.

Sənin hər şeyə əhatən vardır.

O, eşidən və görəndir.

Ondan başqa heç kəs belə deyildir”.

Bu sözlərdən sonra Allahdan nə istəyirsənsə-istə və dua et. İnşəallah ki, qəbul olacaqdır.

İmam Sadiqin (ə) nəzərinə görə dualar o zaman qəbul olar ki:

1. Quranı vasitə qərar verəsən. İmam Baqir (ə) buyurur: “Ramazan ayının üç gecəsində Quranı götürürsən və açırsan, qarşında qərar verib deyirsən ki, “Allahım! Səni nazil etdiyin Quran və onda olanlarla çağırıram, məni atəşindən azad olanlardan qərar ver!””.

2. Əhli-Beyti (ə) vasitə qərar vermək. Bu gecədə dualarımızın qəbul olmasını istəyiriksə, Quranı başımıza qoyub Məsumlara (ə) bir-bir təvəssül etməliyik.

3. İmam Hüseyni (ə) ziyarət etmək. Hədislərimiz buyurur ki, hər kim bu gecədə İmam Hüseyni (ə) ziyarət edərsə, Allah onun günahlarını bağışlayar. (Beytutə)

Əgər dualarınızın qəbul olmasını istəyiriksə, bu deyilənləri Qədr gecələrində yerinə yetirməyi unutmayaq.

Teqlər: Qədir gecəsi ، təvəssül ، dua ، əhya
captcha