Ramazan ayının son Cümə günü terrorçu sionist yəhudilər Əqsa məscidində və Qüdsün Şeyx Cərrah məhəlləsində namaz qılan fələstinlilərə hücum ediblər.
Həmin gün və Şənbə gecəsi davam edən bu vəhşicəsinə hücumlarda 300 nəfərə yaxın Fələstinli müsəlman müxtəlif dərəcələrdə bədən xəsarətləri alıblar.
Beynəlxalq cəmiyyətlər terrorçu israil rejiminin bu cinayətlərini məhkum etməsinə baxmayaraq bu vəhşi terrorizm bu günədək davam edir və onlarla insanın öldürülməsinə və yüzlərlə insanın yaralanmasına səbəb olub.