IQNA

Müsəlman kişi turistləri pulsuz şəkildə təamlara qonaq edir

6:41 - June 11, 2021
Xəbər sayı: 3490027
Dağıstana gələn səyahətçilər həm yerli gözəllik və mənzərələrə heyran olurlar, həm də yerli sakinlərin çox böyük qonaqpərvərliyinə.

Dağıstana gələn səyahətçilər həm yerli gözəllik və mənzərələrə heyran olurlar, həm də yerli sakinlərin çox böyük qonaqpərvərliyinə.

Qonaqpərvərliyin ən parlaq nümunələrindən biri “Yaxşılıq köşkü”-dür.

Sözügedən sosial layihənin təşəbbüskarı isə Dağıstan Respublikasının Şamil rayonunun Qolotl kənd sakini Qazimaqomed Murtuzəliyevdir.

O, səyahətçi və istirahət edən şəxsləri təamlara qonaq etmək üçün hər ay 50 min rubldan (692 dollardan) çox pul xərcləyir.

Müsəlman kişinin hazırladığı “Yaxşılıq köşkü”-nün üzərində “Hər şey pulsuzdur” yazısı olan lövhəcik asılıb.

Buradakı təamlara görə ödəniş etməyə cəhd edən hər bir şəxsə xatırladılır ki, ən gözəl ödəniş qonaqların xoş əhvalıdır.

Hər gün çox sayda insan bu gözəl köşkdən faydalanır.

Belə ki, qonaqlardan biri olan Viktor İlyiçev etiraf edib ki, Dağıstan öz yaxşılıq, xeyirxahlığı ilə həmişəlik olaraq onun qəlbinin bir guşəsinə həkk olunacaq. /islamnews

captcha