IQNA

Təlli-Zeynəbiyyə ziyarətgahı yeni görkəmdə - Foto

9:41 - July 09, 2021
Xəbər sayı: 3490240
Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseynin (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və döyüş meydanına baxmışdır.

Təlli-Zeynəbiyyə Kərbəlada İmam Hüseynin (ə) məzarı yaxınlığında yerləşən kiçik bir tarixi təpəyə deyilir ki, Aşura günü Həzrət Zeynəb (s.ə) qaçaraq bu təpənin üzərinə çıxmış və buradan o gün dünyanın ən böyük faciəsinə şahidlik etmişdi.

Təlli-Zeynəbiyyə İmam Hüseynin (ə) qətligahından 35 metr, məzarından isə 20 metr aralıqda yerləşir. Təqribən 5-6 metr hündürlükdədir. Bu təpə və bu məqam Aşurada o faciəyə hamıdan çox şahidlik edib. Həzrət Zeynəbi-Kübra özünü bura çatdırmış və buradan o faciəni görmüşdü. O gündən bu məqama Təlli-Zeynəbiyyə deyirlər.

İndi bu məqam İmam Hüseynin (ə) hərəminin qərb nahiyəsində Zeynəbiyyə qapısının ağzındadır. Hicri təqviminin 1398-ci ilində nisbətən hündür olan bu məqamdakı tikili yenidən inşa edilməsinə başlanılıb və indi buranın ərazisi 175 kvadrat metrdir.

Məqam əvvəllər yalnız məhdud sayda ziyarətçi qəbul edə bilirdisə, indi daha da genişləndirilib.

Hazırda İmam Hüseynin (ə) ziyarətgahının yanındakı Təlli-Zeynəbiyyə ziyarətgahı necə olduğuna aşağıdakı şəkillərdə baxa bilərsiniz. /imamhussain

 

 

captcha