IQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) verdiyi xəbərə görə, "Gözəl çalışmaq tərbiyənin əsası və bünövrəsidir" adlı dini tərbiyə mövzusunda yazılmış bir kitabın audio nüsxəsi istehsal ediləcək.
Hazırda podkastının hazırlıq işləri gedən bu kitabın audio nüsxəsi Qazaxıstanın Müsəlmanların Dini İdarəsinin baş müftisinin nəzarəti altında nəşr ediləcək.
Qazaxıstanın şərqində yerləşən Oskemən şəhərində reklam işləri aparılan bu fəaliyyətin podkastı Xəlifə Altay məscidinin "Shygys media" studiasına başladılıb.
Kitabı "Qazax radio"nun müdiri Qilimahal Manay səsləndirir.
Qilimahal Manay bu barədə deyib: Müasir dövrdə insanların çoxunun fiziki olaraq kitab oxumaq həvəsi və ya fürsəti yoxdur. Buna görə də kitabın podkastını hazırlayırıq. Bu yeni və modern bir hərəkatdır. Hər kəs kitabı asanlıqla əldə edə, dinləyə və öz dini və mənəvi ehtiyaclarını təmin edə bilər.
Kitabın hər fəsli özünəməxsus və mövzuya uyğun metod və ritm ilə hazılarnır ki, insanlar üzərində daha da təsirli olsun.
İranın Qazaxıstandakı mədəniyyət işləri məsulu bu barədə bildirib ki, podkastı hazırlanan kitab modern cəmiyyətdə əxlaqi və mənəvi dəyərlərin dirildilməsi və qorunması üçün misilsiz kitablardan biridir. / iqna