IQNA

"Afrika ölkələrində Quranın, qiraətin və təcvidin yeri" mövzusunda məclis keçiriləcək

14:44 - November 25, 2021
Xəbər sayı: 3491259
Noyabrın 28-də İQNA xəbər agentliyində İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatı ilə əməkdaşlıq çərçivəsində "Afrika ölkələrində Quranın, qiraət və təcvidin yeri" mövzusunda ərəb dilində onlayn görüş keçiriləcək.

"İQNA"-nın verdiyi xəbərə əsasən, İslamşünaslıq üzrə ixtisaslaşmış beynəlxalq toplantılar silsiləsində "Afrika ölkələrində Quranın, qiraətin və təcvidin yeri" mövzusunda məclis keçiriləcək. Bu görüş, İslam Mədəniyyəti və Kommunikasiya Təşkilatının Elmi və Akademik Əməkdaşlıq Baş İdarəsi və Beynəlxalq Quran Xəbər Agentliyi (İQNA) ilə İranın Əlcəzairdəki Mədəniyyət Müşavirinin əməkdaşlıq və iştirakı ilə Skype platformasında təşkil olunacaq.

Bu proqram, gələn bazar ertəsi, 29 noyabr 2021-ci il tarixinə Tehran vaxtı ilə saat 15:00-dan 16:00-a qədər İQNA-nın Mubin Studiosunda ərəb dilində keçiriləcək.

Bu məclisdə müxtəlif ölkələrdən Quran ekspertləri və mütəfəkkirlər söhbət edəcək.

Maraqlananlar elan olunmuş vaxtda "https://join.skype.com/EwqkuKA4OebN" linkinə daxil olaraq "Afrika ölkələrində Quranın, qiraətin və təcvidin yeri" adlı məclisdə müzakirə olunan mövzulardan yararlana bilərlər.

4016085

captcha