IQNA

Avstraliya baş nazirinin islamofobik ifadələri tənqid edilib

14:52 - November 25, 2021
Xəbər sayı: 3491261
Avstraliya İslam Şuraları Federasiyası baş naziri, Mark MəkQoannın islamofob fikirlərinə görə üzr istəməsini tələb ediib

İQNA, "6PR"-a istinadən xəbər verir ki, Məkqoan hədələyici telefon zəngləri aldığını demişdi. O, ona qarşı edilən təhdidlərin islamofob bəyanatlarına görə olduğunu bildirmişdi. Bunu İslam fundamentalistlərinin davranışı olaraq xarakterizə etmişdi.

Avstraliya İslam Şuraları Federasiyasının direktoru deyib ki, baş nazirin İslamı bu şəkildə vəsf etməsi üçün heç bir əsas yoxdur. Baş nazir şəxsən üzr istəməlidir.

Qeysar Trad deyib: "Baş nazir islam fundamentalizmi ifadəsini işlədib. Bir halda ki, o, islamafobiya səbəbindən müsəlman cəmiyyətinin problemlərini bilir. Bu ifadələr bu hissləri artıra və müsəlmanlar üçün daha çox problem yarada bilər.

İndiyədək iki şəxs baş nazirə hədə-qorxu gələn telefon zəngləri etməkdə ittiham olunaraq həbs edilib.

4016148

captcha