IQNA

Beynəlxalq ictimaiyyət, Hindistandakı müsəlmanların dini yerlərini qorumalıdır

19:20 - December 07, 2021
Xəbər sayı: 3491329
Hindistan müsəlmanları Babri məscidinin sökülməsinin 29-cu ildönümündə beynəlxalq ictimaiyyəti Hindistan müsəlmanlarının dini yerlərini və mülklərini ekstremist hinduların hücumlarından qorumaq üçün ciddi tədbirlər görməyə çağırıblar.

"İQNA", "Əl-ümmət"-ə istinadən xəbər verir ki, Bharatiya Janata Partiyasının rəhbərlik etdiyi ekstremist hinduların Hindistanın Ayudia şəhərindəki tarixi Babri məscidini dağıtmasından 29 il keçir. Hindistanın müsəlman icması ölkənin ən böyük azlığı olaraq hələ də ayrı-seçkilik və nifrətdən əziyyət çəkir.

Kəşmir Media vasitələri dünən, dekabrın 6-da bu məsələ ilə bağlı yazıb: "Bu gün, 1992-ci il dekabrın 6-da 16-cı əsrə aid Babri məscidi hindu ekstremistləri tərəfindən dağıdılıb."

Medianın fikrincə, Babri məscidinin özünün dağıdılmasından daha ağrılı olan Hindistan məhkəmə sisteminin qərəzli roludur ki, 2019-cu ilin noyabrında hindulara bu tarixi məscidin yerində məbəd tikməyə icazə verib. Belə ki, Hindistanın Ali Məhkəməsi bu hökmü elan edərkən hindu ideologiyasına üstünlük verib.

Bundan əlavə, Hindistanın Ali Məhkəməsi insidentdə günahlandırılan iki hindu təşkilatı Vişveh Parish və Bharatiya Janata Partiyasının bir sıra liderlərinə də bəraət verib.

Bu hesabatda deyilir: "Müsəlmanlar üçün vəziyyət o qədər çirkinləşib ki, hətta heyvanlar Hindistan müsəlmanlarından daha çox hüquqa malikdir. Mal əti yedikləri üçün gündüz vaxtı işgəncələrə məruz qalır və öldürülürlər."

Bu media, Hindistan hökumətinin müsəlmanlara qarşı etnik təmizləmə aparmağı planlaşdırdığını bildirərək deyib: "Bu məsələnin beynəlxalq ictimaiyyətin təcili diqqətinə ehtiyacı var. Çünki işğal olunmuş Hindistan Kəşmirində müsəlmanların mümkün soyqırımı ilə bağlı xəbərdarlıq var."

4019049

captcha