IQNA

Kərbəlada Həzrət Zəhranın (s.ə.) mövludu ilə bağlı festival keçiriləcək

12:42 - January 12, 2022
Xəbər sayı: 3491551
Həzrət Fatimeyi Zəhranın (s.ə.) mövludu ərəfəsində İmam Hüseynin (ə) pak Astanında bu ilin yanvar ayının 23-də "İsmət Kövsəri" festivalı keçiriləcək.

"İQNA", İmam Hüseynin (ə) Müqəddəs Astanının xəbər saytına istinadən xəbər verir ki, bu Astanın Festivallar və Fəaliyyətlər Mərkəzi Komitəsinin üzvü Əli Kazim Sultan bildirib: "Bu Astan, "Fatimeyi Zəhra (s.ə.) imamət mənbəyi və əzmkarlıq nümunəsidir" şüarı ilə festival keçirəcək.

O əlavə edib: "Bu festival Kərbəlada 10-dan çox ölkənin, ruhani və akademik şəxsiyyətlərin və İmam Hüseynin (ə) hərəminin iştirakı ilə keçiriləcək.

Kazim Sultan bildirib ki, bu festivalda Həzrət Zəhranın (s.ə.) xütbəsini əzbərləmək müsabiqəsi, araşdırma seansları, kitab sərgisi, şeir gecəsi və mövludla bağlı xüsusi mərasim keçiriləcək. Qadınlar üçün xüsusi tədbirlər də Əl-Zəhra Universiteti ilə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

O, qeyd edib ki, bu Festival 2022-ci il yanvarın 23-də üç gün ərzində keçiriləcək.

4027899

captcha