IQNA

Banqladeşdə təhsilli qadınlar arasında hicab getdikcə sevilir

11:31 - February 02, 2022
Xəbər sayı: 3491672
Əhalisinin 90%-nin müsəlman olduğu ölkədə hicab əleyhinə təbliğat aparılsa da, Banqladeş qadınları, xüsusən də təhsilli qadınlar daha çox hicab taxırlar.

"İQNA", "Anadolu" Xəbər Agentliyinin ərəb bölməsinə istinadən xəbər verir ki, Banqladeş vətəndaşları deyirlər ki, ortaq sosial, mədəni və dini dəyərlər 170 milyona yaxın əhalisi olan və müsəlmanların çoxluq təşkil etdiyi ölkədə İslam mədəniyyətinin populyarlığının artmasına kömək edir.

Hər il fevralın 1-də keçirilən Ümumdünya Hicab Günü ərəfəsində bir çox yüksək təhsilli benqal qadınları hesab edirlər ki, hicab təkcə dini bir vəzifə deyil, həm də qadınlar üçün gözəllik və şərəfdir.

Ümumdünya Hicab Günü 2013-cü ildə Banqladeş əsilli amerikalı qız Nəzmə Xan tərəfindən islamofobiya fenomenindən əziyyət çəkən örtülü qadınlara qarşı ayrı-seçkilik və bədbin münasibətlə mübarizə məqsədilə təyin edilib.

Bununla bağlı Banqladeş nəşriyyatının rəhbəri Süməyyə Bint Kərim Anadolu Xəbər Agentliyinə deyib ki, son on ildə Banqladeşdə hicaba münasibətdə kəskin dəyişiklik müşahidə olunub.

O, əlavə edib ki, hicabı indi sadəcə dini bir məsələ deyil, yaxşı mədəniyyət kimi görürlər.

4033105

captcha