IQNA

İslam təşkilatları hicaba qarşı ayrı-seçkiliyə son qoyulmasını istəyib

11:29 - February 03, 2022
Xəbər sayı: 3491678
Bir neçə Nigeriya İslam təşkilatı hökumət və federal hakimiyyət orqanlarını hicablı qadınlara və qızlara qarşı iş və təhsil ayrı-seçkiliyinə son qoymağa çağırıb.

"İQNA", "Vanguard"-a istinadən xəbər verir ki, Nigeriyada 13 müsəlman qadın təşkilatından ibarət koalisiya prezident Muhəmməd Buhari və əyalət qubernatorlarını hicaba görə müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymağa çağırıb.

Koalisiya, Abucada 2022-ci ildə Ümumdünya Hicab Gününü qeyd etmək üçün çərşənbə axşamı keçirilən mətbuat konfransı zamanı bu tələbi bu şüarla səsləndirib: "Hicab bizim tacımızdır, cinayətimiz deyil."

4033322

captcha