IQNA

Taliban qızların Əfqanıstanın dövlət universitetlərində oxumasına icazə verib

11:17 - February 04, 2022
Xəbər sayı: 3491681
Taliban rəsmiləri bildiriblər ki, Taliban Əfqanıstanı idarə edəndən bəri ilk dəfə olaraq ölkənin dövlət universitetlərinin qapıları qız tələbələrin üzünə açılıb.

"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, Taliban rəsmiləri çərşənbə günü altı Ləğman, Nəngarhar, Qəndəhar, Nimroz, Helmənd və Farah əyalətlərində dövlət universitetlərinin qızlar üçün yenidən açıldığını elan ediblər.

Əfqan dövlət universitetlərinə qızların qəbuluna işarə edən Taliban rəsmiləri bildiriblər ki, kişilərdən ayrılan dərslərə az sayda qız tələbə qatılıb.

Qadın hüquqları, xüsusən də təhsil sahəsində Taliban hökuməti ilə beynəlxalq ictimaiyyət arasında müzakirə edilən ən mühüm məsələlərdən biridir.

Bu ayın sonuna kimi Əfqanıstanın digər əyalətlərində də universitetlərin açılacağı gözlənilir.

BMT-nin Əfqanıstandakı nümayəndə heyəti çərşənbə axşamı dövlət universitetlərinin açılması qərarını çox vacib adlandırıb.

4033359

captcha