"İQNA", "Russia Today"-ə istinadən xəbər verir ki, yüzlərlə hindistanlı bazar ertəsi (7 fevral) Karnatakanın iki şəhərində məktəb və universitetlərdə hicabın qadağan edilməsi qərarına etiraz edib.
Nümayişçilər əyalətin Ali Məhkəməsinin hicab qadağasının ləğvi və hicablı şagirdlərin məktəbə qayıtmasına icazə verib-verməməsinə qərar verməzdən əvvəl etirazçıların tələbini çərşənbə axşamı dinləməsini gözləyirlər.
Karnataka İslami Qızlar Təşkilatının direktoru Süməyyə Roşən, dünən keçirdiyi mətbuat konfransında qərarın ayrı-seçkilik xarakteri daşıdığını və Hindistan konstitusiyasında təsbit olunmuş hüquqlara zidd olduğunu bildirib.