IQNA

Lahor Böyük Məscidinin mərkəzində Quranın nəfis nüsxələri sərgilənib

11:20 - February 17, 2022
Xəbər sayı: 3491760
Qurani-Kərimin səksəndən çox əlyazma kolleksiyası, fiqh və hədis elmlərinin digər nəfis nüsxələri Pakistanın Lahor şəhərindəki Böyük Məscidin mərkəzində yerləşən kitabxanada saxlanılır və ictimaiyyət üçün açıqdır.

"İQNA", xəbər verir ki, 21 günbəzi və 165 metrlik dörd minarəsi olan Lahor Böyük Məscidi dünyanın yeddinci ən böyük məscidi və Pakistan İslam Respublikasının ən böyük məscididir.

Lahorun Böyük Məscidinin mərkəzində qədim İslam artefaktlarını ehtiva edən bir kitabxana var. Kitabxanada Qurani-Kərimin 80-dən çox əlyazması və onlarla başqa kitablar, o cümlədən müxtəlif dillərdə Quran tərcümələri, fiqh və təfsirlər var.

Bu əlyazmalar fərdi zəhmətlərlə toplanaraq müxtəlif fars və ərəb qrafikasında yazılmış və müxtəlif dövrlərə və tarixlərə aiddir. Bu əlyazmaların bəzilərinin sahibləri əlyazmalarını qorumaq və parlaqlaşdırmaq üçün qızıl suyundan istifadə ediblər.

Bu nüsxələrdən bəziləri 200 ilə və min il əvvələ aiddir. Bu nüsxələrin bir qismi Pakistanın daxilindən toplanmış, bir qismi isə Əfqanıstan, İran, İraq, İndoneziya, Malayziya və Çinə aiddir.

4036178

Teqlər: Lahor ، məscid ، quran ، nəfis nüsxə ، sərgi
captcha