IQNA

Pakistanın baş naziri İslam ölkələrinin islamafobiyaya biganəliyini tənqid edib

15:18 - March 23, 2022
Xəbər sayı: 3491959
Pakistanın baş naziri İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirləri qarşısında çıxışı zamanı islamofobiya probleminin qlobal xarakter daşıdığını vurğulayıb və İslam ölkələrinin bu fenomenin artmasına diqqətsizliyini tənqid edib.

"İQNA", "ANI News"-a istinadən xəbər verir ki, Pakistanın baş naziri İmran Xan İƏT-ə üzv ölkələrin Xarici İşlər Nazirlərinin 48-ci iclasının açılış mərasimində çıxışı zamanı vurğulayıb: "11 sentyabr terror hücumlarından sonra islamafobiya artdı və nəzarətsiz davam etdi, çünki İslam ölkələri həqiqi İslamı dünyaya tanıtmaq üçün heç bir iş görmədilər."

Pakistanın baş naziri toplantıda deyib ki, İmanın terrorla heç bir əlaqəsi yoxdur.

O, çıxışının başqa bir hissəsində belə bir sual qaldırıb ki, İslamı terrorla eyniləşdirən Qərb dünyası mötədil və radikal müsəlmanları necə bir-birindən ayıra bilər?

4044577

captcha