IQNA

İnsanın Allahdan məyus olması məhvə aparan körpüdür

19:12 - July 26, 2022
Xəbər sayı: 3492616
İnsanın həyatda çalışması üçün enerji mənbəyi sayıla bilən şeylərdən biri də ümid məsələsidir. Digər tərəfdən ümidsizlik, Qurani-Kərimdə və İslam təlimlərində haram və böyük günahlardan sayılır.

Allahın rəhmətindən və bağışlamasından ümid kəsmək Allaha ümidin bəsləməyin ziddidir. Əgər kiminsə Allah haqqında inancı  naqis olsa və Onun sonsuz rəhmətini və sonsuz qüdrətini bilməsə, Ondan məyus olar. Allaha imanda belə bir qüsur insanı küfrə sürükləyir. Hətta demək olar ki, kafir ancaq tam ümidsizliyə qapıla bilər. Heç bir mömin naümid olmaz.

Dünyəvi məqsədlərə çatmaq üçün ümidsiz olan insan işindən qalır və həyatı durğunlaşır. Bu durğunluğun nəticəsi ümidsiz adamın çəkdiyi əzablardır.  Həmçinin başqalarına çəkdirdiyi çətinliklərdir.

Bu ağrının müalicəsi bəzən insanın həyata baxışının düzəldilməsi, bəzən də dərman vasitəsi ilə həyata keçirilir. Şübhəsiz ki, insanın Allaha imanı dünya işlərində ümidsizliyin qarşısını alır. Amma çox önəmli olan insanın axirət hədəflərinə çatmaqda və Allahla əlaqəsini yaxşılaşdırmaqda ümidsizliyidir. Bir tərəfdən belə ümidsizlik ən yüksək zərərə, o da axirətdə həlakətlə nəticələnir. Digər tərəfdən, onun əlamətləri tezliklə aşkarlanmır. Nəticədə insan çox gec müalicə etməyi düşünə bilər. Odur ki, Allahın rəhmət və bağışlanmasını, insanların nöqsan və zəifliklərini düşünmək bu xəstəliyin qarşısını almaq və müalicə etmək üçün çox təsirlidir.

Eyni ilk üsula əsaslanan başqa bir müalicə üsulu da var. Qurani-Kərimdə və İslam təlimlərində gələn və ümidsizliyi qadağan edən sözləri xatırlamaqdır. Allah Qurani-Kərimdə buyurur: " De: Ey Mənim (günah vasitəsi ilə) özlərinə zülm etməkdə həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin. Şübhəsiz, Allah (tövbə ilə) bütün günahları (hətta şirki) bağışlayır. Çünki bağışlayan və mehriban Odur!" (Zumər, 53).

captcha