IQNA

Quran baxımından elm və bilik

22:53 - August 05, 2022
Xəbər sayı: 3492672
Agahlıq, bilik və ümumiyyətlə cəhalətdən azad olmaq Quranın ardıcıllarına verdiyi əsas vurğulardandır. Çünki ibadət və din ancaq elmin işığında mümkündür. Quranda və dini təlimlərdə mərifətlə edilən ibadətin cəhalətlə edilən ibadətdən yüz dəfələrlə qiymətli sayılmışdır.

İnsanın təbii meyllərindən biri həqiqəti axtarmaq, insan qabiliyyətlərindən biri isə həqiqətləri tanımaq bacarığıdır. Özünü və ətraf aləmi tanımaq, başqa sözlə, özünü dərk etmək və başqalarını dərk etmək insanın xüsusiyyətlərindəndir. İnsan özünü tanımaqla başqa şeyləri də bilər. Hətta Allahı tanıya bilər. Özünü dərk etmək bütün biliyin başlanğıcıdır və kim özünü tanısa, birincisi, başqa elmin zəruriliyi ona aydın olur. Çünki o, öz varlığını dərk edib zəiflik və nöqsanlarından xəbərdar olur. Məqsədə tərəf gedən yolu və onun metodunu tanımağın zəruriliyini dərk edir. İkincisi, onun üçün başqa biliklər mümkün olur.

Odur ki, elm və biliyi öyrənməyin vacibliyi və mümkünlüyü bizlərə özünü tanıma yolu ilə açılır. Elm insan varlığının kamilliyinə və məqsədinə çatmaq üçün zəruri və vacib olanda, həqiqətləri dərk etmək bacarığının yetişdirilməsi də vacib olacaqdır. İnsan idrakı həqiqətləri dərk etməkdə nə qədər bacarıqlıdırsa, o, hədəfi, yolu və hədəfə doğru hərəkət etmək üçün maneələri bir o qədər yaxşı bilir və kamilliyə çatmaq imkanını bir o qədər çox təmin edir. Əksinə, əgər insan idrakı öz səmərəliliyini itirərsə, kamillik yolunda hərəkət etmək qeyri-mümkün olur və bu, xəta və məhvə aparır.

“Zumər” surəsinin 9-cu ayəsində buyurulduğu kimi, İslam dinində elm öyrənmək və həqiqəti tapmağa çalışmaq mühüm məsələdir. Çünki insanları bir-birindən ayıran cəhətlərdən biri elm və elm öyrənməkdir: “Bilənlərlə bilməyənlər eynidirmi?” (Zumər, 9)

Bu imtiyaz elm istəyənlər üçün nəzərdə tutulmuşdur ki, digərlərindən daha yüksək dərəcəyə çatsınlar: “Allah sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaldar”. (Mücadilə, 11).

Məhz bu yolla hər bir xalqın alim və alimləri başqaları üçün müraciət yerinə çevrilir. Necə ki, Qurani-Kərimdə bu məsələ vurğulanır: Əgər bilmirsinizsə, zikr əhlindən soruşun" (Nəhl, 43).

captcha