IQNA

Krımın ən böyük məscidi gələn il istifadəyə veriləcək

14:05 - December 29, 2022
Xəbər sayı: 3493489
Krım Muxtar Respublikasının paytaxtı Simferopol şəhərinin rəhbərliyi bu respublikada ən böyük məscidin tikintisinin 85% irəlilədiyini və bu məscidin gələn il istifadəyə veriləcəyini açıqlayıb.

"İQNA", "Rusiya Əl-yəvm"-a istinadən xəbər verir ki, Krım yarımadasının Simferopol merinin müşaviri Ervin Musayev Simferopol şəhərinin Yalta küçəsində yerləşən böyük məscidinin tikintisinin başa çatmaq üzrə olduğunu və gələn il müfti Əmir Əli Əblifənin rəhbərlik etdiyi Krım Müsəlmanlarının Dini İşlər İdarəsinə təhvil veriləcəyini açıqlayıb.

Musayev əlavə etdi: "Bu, milliyyətindən və dinindən asılı olmayaraq bu respublikanın müsəlmanlarına və bütün ruslara əsl hədiyyədir".

Musayevin sözlərinə görə, tikinti müddətinə Korona epidemiyası təsir edib.

Krımın bütün sakinləri, xüsusən də müsəlmanlar Krımın mərkəzi məscidinin tikintisinin başa çatmasını gözləyirlər – deyə o, bildirib.

Bu məscidin tikintisinə 2015-ci ildən başlanılıb və məscidin təhvil verilməsi üçün müəyyən edilmiş müddətin pozulmaması üçün 120 nəfər işçi iki növbədə işləyir.

Məscidin tikinti komitəsi elan etdi ki, tikinti başa çatdıqdan sonra bu bina Krımın və Simferopolun böyük məscidinə çevriləcək. Orada 3-4 min nəfər arasında insan ibadət edə biləcək. Həmçinin 900 qadın onun ikinci mərtəbəsində ibadətlə məşğul ola biləcək.

4110264

captcha