"İQNA" xəbər verir ki, bu gün, aprelin 10-da axşam saatlarında Quran sərgisinin beynəlxalq bölməsində Beynəlxalq Quran elmi fəaliyyətlərinin inkişafında qadınların rolu mövzusunda toplantı, o cümlədən beynəlxalq arenada bir sıra ixtisaslaşmış Qurani-Kərim iclasları keçirilir.
Bu toplantının qarisi Seyyid Həsən İsməti, toplantının elmi katibi Mehdi Rzazade Cudi, Mədəniyyət və İslami İrşad Nazirliyinin Quran və İtrət müavinliyinin qadın müşaviri Mojqan Xan Baba, Universitet ustadı və elmi işçisi, İslam Şurasının kitabxana, muzey və sənədlər mərkəzinin elmi rəhbəri Şahnaz Əzizi, Universitet ustadı və tədqiqatçı, ailə sahəsində psixoterapevt və ölkənin sosial transformasiyası üçün qadın düşərgəsinin rəhbəri Fatimə Əl-Sadat Raziqi və həmçinin İslam xəttatlığı üzrə sənətkar və Tehran İncəsənət Universitetinin magistr tələbəsi Nəsrin Bavəfa bu iclasda iştirak edirər.
Beynəlxalq Quran elmi fəaliyyətlərinin inkişafında qadınların rolunu araşdırmaq məqsədi ilə aprelin 10-da saat 19:00-dan 21:00-a qədər bu axşam toplantı keçirilir. Bu toplantıda Qurani-Kərimin tədqiqat fəaliyyətləri ilə maraqlanan hər kəs iştirak edə bilər.
4133078