IQNA

Var-dövlətindən sevdiyi halda sədəqə vermək yaxşı insanların xüsusiyyətlərindəndir

8:45 - June 20, 2023
Xəbər sayı: 3494350
TEHRAN (IQNA) - Malını sevdiyi halda digərinə vermək yaxşı əməldir, yəni malı sevsələr də, Allah rizası üçün verirlər.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Şübhəsiz ki, var-dövlət fədakarlıq mərhələsinə çatanda ondan sədəqə vermək hər kəs üçün asan iş deyil. Çünki mal sevgisi demək olar ki, bütün ürəklərdə var. "Əla hubbihi" ibarəsi də eyni həqiqətə işarə edir ki, onlar Allah rizası üçün qəlbin bu istəyinə müqavimət göstərirlər.

Bildiyimiz kimi hər bir insan özünü yaxşı insan bilir və ya yaxşı kimi göstərməyə çalışır.

Amma ən önəmlisi insanın həqiqətdə yaxşı olub-olmamsıdır. Yoxsa yalandan insanın özünün yaxşı olduğunu və ya yaxşı göstərdiyinin bir faydası yoxdur. Əsas odur ki, insan həqiqətən yaxşı olsun. Çünki insanın dünya və axirət sadətinin sirri yaxşı olmaqdan keçir. Bunu da bizə varlığı yoxdan var edən Mütəal Allah dəqiqliyi ilə və kamil şəkildə deyə bilər.

Allah "Bəqərə" surəsinin 177-ci ayəsində "Əbrar"ın xüsusiyyətlərini bəyan edir.

«لَیْسَ الْبِرَّ أَنْ تُوَلُّوا وُجُوهَکُمْ قِبَلَ الْمَشْرِقِ وَ الْمَغْرِبِ وَ لکِنَّ الْبِرَّ مَنْ  آمَنَ بِاللّهِ وَ الْیَوْمِ الْآْخِرِ وَ الْمَلائِکَةِ وَ الْکِتابِ وَ النَّبِیِّینَ وَ آتَى الْمالَ عَلى حُبِّهِ ذَوِی الْقُرْبى وَ الْیَتامى وَ الْمَساکینَ وَ ابْنَ السَّبیلِ وَ السّائِلینَ وَ فِی الرِّقابِ...»

"Yaxşı əməl heç də (namaz vaxtı) üzünüzü günçıxana və günbatana tərəf çevirməkdən ibarət deyildir. Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba (Allahın nazil etdiyi bütün ilahi kitablara) və peyğəmbərlərə inanan, (Allaha) məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrəbaya, yetimlərə, yoxsullara, (pulu qurtarıb yolda qalan) müsafirə (səfər əsnasında pulu qurtarıb yolda qalan yolçulara), dilənçilərə və qulların azad olunmasına sərf edən...".

İmandan sonra sədəqə vermək, fədakarlıq etmək və maddi ianə məsələsi qeyd edilir.

Şübhəsiz ki, var-dövlət fədakarlıq mərhələsinə çatanda ondan sədəqə vermək hər kəs üçün asan iş deyil. Çünki mal sevgisi demək olar ki, bütün ürəklərdə var. "Əla hubbihi" ibarəsi də eyni həqiqətə işarə edir ki, onlar Allah rizası üçün qəlbin bu istəyinə müqavimət göstərirlər.

Maraqlıdır ki, burada ehtiyacı olan altı qrupdan bəhs edilir:

Birinci dərəcə möhtərəm qohumlar, ikinci dərəcədə yetimlər və yoxsullar, sonra ehtiyacları tamamilə müvəqqəti olanlar, məsələn, yolda qalanlar, sonra dilənçilər. Ehtiyac sahibi olanların hamısının ehtiyacını dilə gətirmədiyinə diqqət çəkir. Bəzən onlar elə heysiyyətə sahib olurlar ki, həqiqətdə möhtac olduqları halda, varlı adam kimi görünürlər. Sonda, o, azadlığa və müstəqilliyə ehtiyacı olan qulları xatırladır. Baxmayaraq ki, onların maddi ehtiyacları zahirən sahibi tərəfindən təmin edilir.

Ayənin bu hissəsində yaxşı əməllərin ən yaxşılarından biri “laiq olana sədəqə vermək”dən bəhs edilir. Bəli, Allah-Təala bu dünyada insanı mal verməklə imtahana çəkir. Digərlərini isə mal və sərvət verməməklə imtahan edir. Amma əsl müsəlman bu imtahanda həmişə uğur qazanır. Çünki mal və sərvətdən məhrum olarsa, heç vaxt məyus olmaz. Həmçinin heç vaxt mal və var-dövlət əldə etmək üçün zülm və günah etməz. Allah-Təalanın ona verdiyi hər şeydən razıdır. Allah-taala ona dünya mal-dövləti və sərvət bəxş etsə də, onun özünə xas bağlılıq və məhəbbəti olsa belə, bu cür fani sevginin onu Allahı həqiqi sevməkdən saxlamasına imkan verməz. Daha doğrusu, o, bu fani və keçici sevgini əbədi sevgiyə qurban edir. Buna görə də var-dövlətini möhtac qohumlara, yetimlərə, fəqirlərə, möhtac müsafirlərə, dilənçilərə və qul azad etməyə sərf edir. Bu yaxşı yollara pul xərcləməkdən çəkinmir. Dünya malını verməklə o, məhrum olanı şad edir və bununla da axirətini abad edir.

Malını sevdiyi halda digərinə vermək yaxşı əməldir, yəni malı sevsələr də, Allah rizası üçün verirlər.

captcha