İşğalçı İsrail qüvvələrinin Qəzza zolağının müxtəlif hissələrini bombalaması ilə bağlı Mərcəi-təqlidlərdən olan Ayətullah Seyid Əli Sistaninin ofisindən açıqlama verilib. Bəyanatda aşağıdakı ifadələr yer alıb:
Mərhəmətli və Rəhmli Allahın adı ilə
Hazırda Qəzza zolağı davamlı bombardman və intensiv və misli görünməmiş hücumlar altındadır. Bu hücumlar indiyədək çoxlu sayda günahsız mülki şəxsin şəhid olmasına və yaralanmasına, çoxlu sayda insanın didərgin düşməsinə və yaşayış məntəqələrinin dağıdılmasına səbəb olub. Bu bombardman müxtəlif əraziləri hədəf alaraq insanların sığınacaqları üçün təhlükəsiz yer qoymadı.
İşğalçı ordu da son vaxtlar Qəzzə zolağını su, qida, dərman və digər həyati ehtiyaclar daxil olmaqla, boğucu mühasirəyə alıb. Bu hərəkətləri ilə günahsız insanlara külli miqdarda ziyan vurub. Sanki son vaxtlar baş verən münaqişələrdə verdikləri ağır itkilərin və böyük məğlubiyyətlərin əvəzini almaq istəyirlər.
Bütün bu hərəkətlər dünyanın gözü qarşısında baş verir. Bu hücumlara qarşı heç bir maneə və ya çəkindirici cəhd yoxdur. Bəziləri bu cinayət əməllərini müdafiə edir və özünümüdafiə bəhanəsi ilə qanuniləşdirirlər!
Bu arada, bütün dünya bu vəhşiliyə qarşı durmalı və işğalçı qüvvələrin məzlum Fələstin xalqına qarşı daha çox işgəncə və qəddarlıq etmək planlarını daha da yüksək səviyyəyə çatdırmasının qarşısını almalıdır.
Bu əziz insanların yetmiş ildir davam edən faciəsinə öz qanuni hüquqlarını reallaşdıraraq son qoymaq və işğalı qəsb olunmuş torpaqlardan çıxarmaq bu bölgədə təhlükəsizliyin və əmin-amanlığın bərqərar olmasının yeganə yoludur. Bu baş verməsə, işğalçı qüvvələrə qarşı müqavimət davam edəcək və daha çox günahsız insanların ölümünə səbəb olacaq.
“Qüdrət və qüvvət ancaq Uca və Böyük Allaha məxsusdur.”
4174696