"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, Səd Muhəmməd Səd İsa və onun iki qardaşı Səid və Əbdüləziz Misir Beynəlxalq Quran Müsabiqəsində 30-cu dəfə keçirilən "Quran ailəsi" sahəsində birinci yerə layiq görülüblər.
Səd Muhəmməd Səd İsa bu dəyərli rütbənin alınması haqqında dedi: “Biz valideynlərimizin ibtidai təhsilli olmasına baxmayaraq, Quranı tam əzbərləməyi bacaran yeddi bacı və qardaşıq”.
O əlavə etdi: “Valideynlərimiz övladlarının Quranı əzbərləməsinə çox həvəsli idilər, ona görə də mən və qardaşlarım hamımız Əl-Əzhərdə təhsil aldıq və nazil olan kəlamın ayələrini tam olaraq əzbərləyə bildik.
Səd daha sonra Misirin İsgəndəriyyə şəhərinin Vəqf İdarəsinin imamı və natiqi olduğuna işarə edərək dedi: “Digər iki qardaşım Səid və Əbdüləziz də Misirdəki Vəqf Nazirliyinin təbliğatçılarıdır”.
O, Misirdə keçirilən 30-cu beynəlxalq Quran tədbirində özünün və qardaşlarının “Quran ailəsi” sahəsində birinci yerə layiq görülməsi haqqında deyib: “Quran ailəmiz bu dəyərli rütbəni əldə etdiyinə görə çox sevinir. Allahdan övladlarımın bu Quran ailəsinin bir parçası olmasını diləyirəm. İndi onlar gənc yaşlarında vəhy kəlamlarını əzbərləmək yolunda bir addım atmışlar, necə ki, ata-anam bizim Quranı əzbərləməyimizə maraq göstərmişlər, biz də övladlarımızla bu yolu davam etdirəcəyik”.
Səd həmçinin Misir prezidentinin bu ölkənin Quran fəallarına xüsusi diqqətini yüksək qiymətləndirib və Misir Vəqflər Nazirliyinin bu ölkənin beynəlxalq Quran yarışlarının təşkili və “Quran ailəsi” sahəsinin mükafatının 500 min Misir funt sterlinqinə çatdırılmasında göstərdiyi səyləri yüksək qiymətləndirib.
4190542