"İQNA", "Əl-Yəvmus-Sabi" saytına istinadən xəbər verir ki, İsmayıl Sabir Ramazan ayı üçün xüsusi dekorasiya sahəsində çalışır və fələstinli qardaşlarını və Qüdsə dəstəyini unutmadı.
Misirli sənəkar “Bəqərə” surəsinin 155-157-ci ayələrindən Fələstinin xəritəsini çəkib. Onu ayələrin hərfləri ilə tərtib etmişdir: “Biz sizi mal, can və məhsul itkisi ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver!”.
“Onlar başlarına bir müsibət üz verdikdə: “Həqiqətən, biz Allaha məxsusuq və mütləq Ona qayıdacağıq!” – deyirlər.
“Rəbbinin lütfü və mərhəməti onlara məxsusdur və onlar doğru yola yönəldilmişlərdir”.
Bu xəritədə Qəzzə xalqına dəstək olmaqdan əlavə, Ramazan ayını qarşılamaq üçün fənər və aypara kimi ənənəvi Ramazan simvolları da yer alır.
Kənd Təsərrüfatı Mühəndisi İsmayıl doğulduğu şəhəri tərk edərək ağac üzərində oyma sənəti ilə məşğul olmağa, özünü təkmilləşdirməyə başlayır. Ötən il 6 metr uzunluğunda fənər hazırladığını deyən misirli sənətçi bu il Ramazan bayramı üçün xüsusi fənər hazırladığını bildirib.
Misirli sənətçi Ramazan ayının gəlişini Fələstinlə əlaqələndirmək istədiyini, buna görə də Quran ayələrindən ibarət Fələstin xəritəsi hazırlamağa qərar verdiyini bildirib.
Fələstin və Aypara xəritəsini həyata keçirmək üçün 4 gün ərzində 40 saatdan çox vaxt sərf olundu. Bu fənərin uzunluğu 2 ilə 2 metr yarım arasındadır və 3 taxta lövhədən ibarətdir.
“Fənər və aypara sifarişçinin istəyi ilə Ramazan ayının gəlişini qeyd etmək üçün xüsusi bir yerdə istifadə olunmaq üçün hazırlanmışdır” deyən İsmayıl Sabir Fələstin xəritəsinin Fələstin davası ilə həmrəylik üçün şəxsi təşəbbüsü olduğunu bildirib.
4200232