IQNA

Abu Dabi Kitab Sərgisində Çin üslubunda yazılmış nadir Quran əlyazması

10:02 - May 04, 2024
Xəbər sayı: 3495881
İQNA – 2024-cü il Əbu-Dabi Beynəlxalq Kitab Sərgisində Londonda Peter Harrinqton Kitab Dükanı 17-ci əsrə aid Çin üslubunda yazılmış ilk nüsxələrdən biri olan Quranın nadir nüsxəsini təqdim edib.

"İQNA", "Əl-Vətən" saytına istinadən xəbər verir ki, Londondakı Peter Harrinqton Kitab Dükanı bu nəşri nadir əlyazmaların qeyri-adi kolleksiyası şəklində təqdim edir.

Qeyri-adi üslubda yazılmış Çin üslubunda olan Quran əlyazması ilk nüsxələrdən biridir və eramızın 17-ci əsrinə aiddir. O, 30 cilddən ibarətdir və maraqlı şəkildə bəzədilib.

Qurani-Kərimin bu əlyazması 65 min funt sterlinq dəyərində qiymətləndirilib və İntibah dövründə Şərqi və Qərbi Asiya arasında fəal mədəni mübadilənin bariz sənədidir.

Eramızın 14-cü əsrinin ortalarında Çində Qurani-Kərimin çapı geniş yayıldı və Çin müsəlmanları arasında onun ən gözəl şəkildə bəzədilməsi və nümayiş etdirilməsinə maraq artdı.

Bu əsərin 9-cu cildində Qurani-Kərimin bu nüsxəsini yazarkən çinli rəssamların İrandakı həmkarları ilə ünsiyyəti kimi görünən farsca qeyd var.

Quranın bu nüsxəsinin birinci cildi qızıl və qara rənglərdə Çin motivləri ilə qarışdırılmış gözəl dizayna malikdir. Mavi lotus çiçəyi və dördyarpaq çiçəkləri ilə qarışıq motivləri var. Bu nüsxənin üz qabığı qırmızı və qara rənglərlə, unikal xəttatlıq və gözəl zərlə bəzədilib.

Qalan cildlərdə surə-ayə fərqini və hərf düzəlişlərini göstərmək üçün qırmızı mürəkkəbdən istifadə edilmiş, bir çox cildlərdə dua əlavələri, bəzi cildlərdə isə üz qabığında və ilk səhifələrdə izahatlar verilmişdir.

Əbu-Dabi Beynəlxalq Kitab Sərgisi aprelin 29-da başlayıb və mayın 5-dək davam edəcək.

  4213215

captcha