Təhlükəsizlik Şurasında dövlət başçısına ehtiram əlaməti olaraq o, bir dəqiqəlik sükutla yad edilib.
BMT Təhlükəsizlik Şurasının üzvləri bazar ertəsi iclasının başlamasından əvvəl İran prezidenti və onu müşayiət edən helikopterin qəzaya uğraması nəticəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
BMT-nin nəzdində fəaliyyət göstərən Beynəlxalq Atom Enerjisi Agentliyinin Vyanada təşkil etdiyi Beynəlxalq Nüvə Təhlükəsizliyi Konfransının açılış sessiyasında qəza nəticəsində şəhid olan Seyid İbrahim Rəisi və onu müşayiət edən şəxslər bir dəqiqəlik sükutla yad edilib. Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Rafael Mariano Qrossi sosial mediada yayımladığı bəyanatda deyib: "Fikirlərimiz bu çətin dövrdə həyatını itirənlərin ailələri və İran xalqı ilədir".
BMT-nin baş katibi Antonio Quterreş helikopterin qəzaya uğraması nəticəsində İran prezidenti İbrahim Rəisi və İran hökumətinin digər yüksək rütbəli rəsmilərinin həyatını itirməsi ilə bağlı İrana başsağlığı verib.
Quterreşin sözçüsü Stefan Dujarrik açıqlamasında deyib: "BMT-nin baş katibi İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, Xarici İşlər Naziri Hüseyn Əmir Abdullahian və onu müşayiət edən şəxslərin mayın 19-da helikopterin qəzaya uğraması nəticəsində həlak olmasından təəssüfləni".
Quterreş, həmçinin həyatını itirənlərin ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı verib.
4217317