"İQNA", "Savah News"-a istinadən xəbər verir ki, fələstinli həkim bazar günü sionistlərin Rəfaha hücumu nəticəsində şəhid olan qadının cəsədinin yanında yanmamış "Buruc" surəsinin olduğu Qurandan bir səhifə tapıb.
Videonu yayan Usama Əl-Nəşar dedi: "Bir həkim Rəfah qurbanlarından birinin yanında oturur və Qurandan "Buruc" surəsinin ilk ayələrini ehtiva edən səhifə tutur" yazdı.
Sosial şəbəkə istifadəçiləri bu videoya reaksiya verərək Qəzza şəhidlərinin halına yazığı gələrək sionist ordusunun Qəzza və Rəfahda günahsız mülki insanlara qarşı vəhşicəsinə hücumlarına qəzəblərini ifadə ediblər.
İstifadəçilərdən biri şəxsi səhifəsində yazıb ki, onların ürəkləri kədərlə dolub, duaları Fələstin və Qəzza xalqının qələbəsi üçün olub.
4218797