IQNA

Peyğəmbərimizin həyatını izah edən ilk süni intellekt personajı: Bəşir

10:39 - August 04, 2024
Xəbər sayı: 3496462
İQNA - Peyğəmbərin (s) Həyatı və İslam Mədəniyyəti Sərgisi və Muzeyi Allah Rəsulunun (s) həyatını və İslam sivilizasiyasının gedişatını əks etdirən dünyada ilk süni intellekt personajının yaradıldığını elan edib.

"İQNA", "Əl-Xəlic365" saytına istinadən xəbər verir ki, İslam dünyasının təhsil, elm və mədəniyyət təşkilatı (İSESCO) Mərakeşin paytaxtı Rabatda Peyğəmbərin (s) həyatından bəhs edən sərgi və muzey təşkil edib.
Rəsmi internet saytında verilən açıqlamaya görə, sərginin müxtəlif hissələrində, o cümlədən Məhəmməd peyğəmbərin (s) həyatından bəhs edən dünyada ilk süni intellekt xarakterli Bəşirin təqdimatı ilə bağlı böyük dəyişikliklər edilib.
İSESCO-nun açıqlamasına görə, Bəşir obrazı Peyğəmbərimizin (s) həyatı ilə bağlı bütün sualları cavablandıraraq, ziyarətçilərə rəqəmsal və süni intellekt əsrində bənzərsiz bir mənəvi təcrübə təqdim edir.
2022-ci ilin noyabrında İSESKO-nun Rabatdakı baş qərargahında Peyğəmbərin (s) Həyatı və İslam Sivilizasiyası Beynəlxalq Sərgisi və Muzeyi açılıb.
4228807

captcha