IQNA

Fələstin tərəfdarı Youssef-in X hesabına giriş bağlanıb

14:33 - August 20, 2024
Xəbər sayı: 3496552
IQNA - "Sionistlər sizi qorxutmasın" mesajını paylaşan misirli komediyaçı Bassem Youssef-in sosial media platforması X hesabına giriş mümkün deyil.

AA-nın xəbərinə görə, Misirli komediyaçı Bassem Youssef-in 11,7 milyon izləyicisi olan X hesabına "Sionistlər sizi qorxutmasın" paylaşımından sonra giriş etmək mümkün deyil.

Sosial media istifadəçiləri, bu paylaşım səbəbindən Youssef-in hesabının dondurulduğunu iddia edirlər.

Misirli komediyaçı Youssef, 7 oktyabrdan sonra qatıldığı yayımlar və sosial mediada Fələstinə verdiyi dəstək mesajları və İsrailin hücumlarına reaksiyaları ilə gündəmə gəlmişdi.

Şərhləri ilə Qəzzəlilərin səsi oldu

İsrailin Qəzzə işğalı ilə bağlı məşhur ingilis jurnalisti Piers Morgan-ın "Senzurasız" adlı müzakirə proqramında qonaq olan Misir əsilli komediyaçının, İsrailin Qəzzə xalqına və ümumilikdə fələstinlilərə qarşı tətbiq etdiyi şiddət siyasətini zarafatlı bir dillə tənqid etməsi böyük maraq doğurmuşdu.

Youssef-in virtual məkanda qatıldığı proqram milyonlarla izləyiciyə çatdıqdan sonra Piers Morgan, Misir əsilli komediyaçı ilə ikinci dəfə, üz-üzə bir proqram da çəkdi. Arvadı da Qəzzəli olan Youssef-in İsraillə bağlı tənqidləri böyük səs-küy yaratmışdı.

Qəzzə ilə bağlı sosial mediada ən çox paylaşım edilən adlardan birinə çevrilən Youssef, Anadolu Agentliyinə verdiyi açıqlamada, "Videolarım çox izlənildi, amma bu sahədə məndən daha çox çalışan çoxlu insan var. Dediklərim cəmiyyətdə əks-səda doğurdu. Nə üçün və necə olduğunu bilmirəm, amma deməli olduğum şeyləri dediyim üçün xoşbəxtəm. Geridönüşlər və təriflər üçün çox məmnun oldum. Mən sadəcə öz fikrimi söylədim." ifadələrini işlətmişdi.

Youssef, komediyanın fikir azadlığını ifadə etmək üçün ən yaxşı üsullardan biri olduğunu vurğulayaraq, "Bir ölkədə yaşamaqdan zövq ala bilərsiniz, amma o ölkənin siyasəti xoşunuza gəlməyə bilər. Mən də bacardığım qədər xoşuma gəlməyən şeyləri dilə gətirməyə çalışıram." deyə bildirm

captcha