Fələstinin rəsmi agentliyi WAFA-nın verdiyi xəbərə görə, UNRWA məsələ ilə bağlı yazılı açıqlama verib.
Açıqlamada, BMT qurumlarının İsrailin hücumlarının başladığı gündən bu yana 1,5 milyondan çox məcburi köçkün olmasına baxmayaraq, təxminən 464 hücuma məruz qaldığı, hücumlarda 212 BMT əməkdaşının həlak olduğu bildirilib.
Açıqlamada bu hücumlarda 563-dən çox fələstinlinin öldürüldüyü, təxminən 1790 fələstinlinin isə yaralandığı, İsrailin hücumları səbəbiylə 600 min uşağın məktəbə gedə bilmədiyi vurğulanıb.
Bəyanatda, məcburi köçkün fələstinlilər arasında yoluxucu və epidemik xəstəliklərin yayılması səbəbindən Qəzza zolağında sağlamlıq və humanitar vəziyyətin fəlakətli vəziyyətdə olduğu vurğulanıb.
İsrailin Qəzzaya 10 aydan çox müddətə təşkil etdiyi hücumlarda əksəriyyəti qadın və uşaq olan can itkisi 40 mini keçərkən, humanitar fəlakət günü-gündən dərinləşir.
TRT