"İQNA", "Ər-Rəy"-ə istinadən xəbər verir ki, Qətər Quran bağı Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən bu beynəlxalq toplantıda iştirak edərək, bitkilərin mühafizəsi və Qətərin bitki ekosisteminin bərpası üçün özünün qabaqcıl proqramını təqdim edib. Sentyabrın 9-dan 11-dək keçirilən bu beynəlxalq toplantıda Qətər Quran bağı bu ölkənin Ətraf Mühit və İqlim Dəyişiklikləri Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Qətər bağını canlandırmaq təşəbbüsünü elan etdi.
Bu bağın rəsmiləri Qətərdə iki milyon beş yüz min ağac əkmək planını həyata keçirdiklərini də açıqladılar. Qətər hökuməti bundan əvvəl 2030-cu ilə qədər bu ölkədə on milyon ağacın əkiləcəyini açıqlamışdı.
Qətər Quran Bağçası həmçinin bu mərkəzin nəşr etdiyi bir sıra elmi məqalələri, həmçinin bu görüş çərçivəsində “Səmrə” ağacı ilə bağlı nəşr olunan işləri təqdim edib. Qurani-Kərimin təfsirçilərinə görə "Fəth" surəsində adı keçən bu ağac Qətərin və Ərəbistan yarımadasının ən mühüm yerli ağaclarından biri hesab olunur.
Səudiyyə Ərəbistanının beynəlxalq toplantısında Qətər Quran Bağının stendində bağın toxum bankında mövcud olan nadir toxumların nümayişi də var idi. Bildirilir ki, hazırda Qətərin Quran bağının toxum bankında üç milyon beş yüz minə yaxın müxtəlif növ toxum saxlanılır ki, bunların da əksəriyyəti Qətərdə bitən bitkilərin toxumlarıdır.
Qətər Quran Bağının direktoru Fatimə Əl-Xəlifi vurğuladı: "Bu mühüm beynəlxalq toplantıda iştirak bu bağın Qətərin bitki və ətraf mühitini qorumaq üçün böyük səyləri göstərir".
4236329