IQNA

Zambiya Beynəlxalq Quran müsabiqəsinin qalibləri mükafatlandırılıb

2:55 - October 05, 2024
Xəbər sayı: 3496797
İQNA – Zambiyada keçirilən 13-cü Beynəlxalq Quran hifzi və təcvid yarışının qalibləri ölkənin paytaxtı Lusaka İslam Universitetində mükafatlandırılıb.

“Ər-Riyad” qəzetinin verdiyi xəbərə görə, Qurani-Kərim qariləri tərəfindən böyük rəğbətlə qarşılanan bu tədbirə müxtəlif ölkələrdən nümayəndələr qatılıb.
Sentyabrın 29-da keçirilən mərasimdə qalibləri camaat imamı və Peyğəmbər (s) məscidinin xətibi Əbdül-Möhsin Muhəmməd Əl-Qasım tərəfindən mükafatlandırılıb.
Mərasim Zambiya İslam Universitetinin rektoru Şeyx Yusif İbrahim və Lusaka İslam Universitetinin bəzi tanınmış İslam xadimlərinin iştirakı ilə keçirilib.
Bağlanış mərasimində çıxış edən Abdul-Möhsin Muhəmməd Əl-Qasim müsabiqə təşkilatçılarını və Quranı əzbərləmək və yeni nəsillərə öyrətməkdə əməyi olan müəllimlərin səylərini yüksək qiymətləndirib.
4239789

captcha