IQNA

Mavritaniya Qurani-Kərim müsabiqəsində qalib olanlar mükafatlandırıldı

9:12 - December 02, 2024
Xəbər sayı: 3497165
IQNA – 11-ci Mavritaniya Milli Qurani-Kərim müsabiqəsi qaliblərin mükafatlandırılması ilə başa çatdı.

Mavritaniya xəbər agentliyinin verdiyi məlumata görə, 28 noyabr tarixində Mavritaniya Qurani-Kərim Radiosunun təşkil etdiyi tədbirə Afrika ölkəsinin prezidenti Məhəmməd Vələd Qəzvəni və Mədəniyyət, Sənətkarlıq və Əlaqələr naziri Əl Hüseyn Vələd Məddu da qatılıb.

Müsabiqədə müxtəlif kateqoriyalarda qalib gələn ümumilikdə 63 Qurani-Kərim hafizi və qarisi mükafatlandırılıb.

Nazir Məddu çıxışında bu müsabiqənin sadəcə mükafat vermək üçün təşkil olunmadığını, bunun Allahın kitabına bağlılığı yeniləmək, Qurani-Kərim təlimlərini və dəyərlərini həyata keçirmək üçün bir fürsət olduğunu vurğulayıb.

Eyni zamanda tədbirdə müsabiqənin təşkilat komitəsi və Ramazan təlim seminarlarına qatılan mütəxəssis və qarilər də təltif olunub.

Mədəniyyət, Sənətkarlıq və Əlaqələr naziri Əl-Hüseyn Vələd Məddu Qurani-Kərim Radiosunun İslam mədəniyyətini tanıtmaqda və ölkənin mədəni kimliyini dəstəkləməkdəki rolunu xüsusi vurğulayıb.

11-ci Mavritaniya Milli Qurani-Kərim Əzbər və Tilavət müsabiqəsində 1300 Qurani-Kərim hafizi və qarisi iştirak edib.

Mavritaniyanın qabaqcıl Qurani-Kərim mütəxəssisləri iştirakçıların çıxışlarını qiymətləndiriblər. Müsabiqənin tədbirləri ölkənin yerli radio stansiyaları vasitəsilə yayımlanıb.

 

 4251332

captcha