IQNA

İnqilabın Ali Rəhbəri minlərlə qadınla görüşündə:

Amerika və sionist rejimin müqavimətin bitdiyi ilə bağlı fikri tamamilə yanlışdır

23:58 - December 17, 2024
Xəbər sayı: 3497264
İQNA - İnqilabın Ali Rəhbəri bu səhər ölkənin hər yerindən qadınların iştirak etdiyi bir toplantıda regional məsələlərə toxunaraq dedi: "Düşmənlər Suriyada sionist rejim və Amerikanın cinayətləri və başqalarının onlara yardımı ilə edilən bu hərəkətlə müqavimət məsələsinin bitdiyini düşünürlər. Bir halda ki, bu çox yanlışdır".

"İQNA"-nın İslam İnqilabının Böyük Rəhbərinin Dəftərxanasının informasiya bazasına istinadən verdiyi məlumata görə, Ali Rəhbər bu gün səhər, çərşənbə axşamı, dekabrın 17-də minlərlə qadın və qızın iştirak etdiyi toplantıda Həzrət Fatimeyi-Zəhranı (s) yaradılış möcüzələrindən biri adlandırıb və İslam nizamnaməsinin qadınlarla bağlı mühüm prinsiplərini bəyan edərək vurğuladı: "İslamda kişi və qadın bir-birini tamamlayır və elm, mədəniyyət, incəsənət, ictimai-siyasi təsir, iqtisadi fəaliyyət və beynəlxalq məsələlərdə gözəl həyata, intellektual və mənəvi qabiliyyətlərə nail olmağa çalışmaqda bir-birindən fərqlənmirlər".

Həzrət Ayətullah Xamenei həmçinin sionist rejim və ABŞ-ın regionda törətdiyi cinayətlərin davam etməsinə və bəzilərinin onlara kömək etməsinə işarə edərək dedi: "Sionist rejim Suriya vasitəsilə Hizbullah qüvvələrini mühasirəyə alıb məhv etməyə hazırlaşır, lakin kökü kəsiləcək biri varsa, o da İsraildir".

O, çıxışının əvvəlində Həzrət Siddiqə Tahirənin (s) mövludu münasibəti ilə təbrik edib, qadın və qızlarla görüşü çox yaxşı və şövqlü adlandırıb və 7 qadının bu görüşdəki çıxışının bəzi məqamlarına o cümlədən, “virtual məkanda ailənin qayğısına qalmaq”, “əhalinin artırılması”, “incəsənət sahəsində qadınlarla bağlı məsələlər” və “evlilik məsələsində asanlaşma” kimi məsələlərə toxunaraq deyib: "Rəhbərlik aparatının və aidiyyatı qurumların məsul şəxsləri görüşdə qadınların dediyi çox gözəl məqamları izləməli və onlar barədə ciddi şəkildə düşünməlidirlər".

İnqilab rəhbəri yaradılış aləminin ecazkar hadisəsi kimi həzrət Fatimeyi-Zəhranın (s) varlığının bəzi məqamlarına toxunaraq dedi: "Gənc xanım mənəviyyat, səltənət və qüdrət şəxsiyyəti baxımından elə bir yerə çatır ki, şiə və sünnilərin rəvayətlərinə görə, onun qəzəbi Allahın qəzəbidir və onun razılığı Rəbbin rizasını gətirir. Bu çox əzəmətli və qəribədir".

Ali Rəhbər, "Çətinlikdə Peyğəmbərlə qəm", "Cihadda Əmirəl-mömininlə yoldaşlıq", "İbadətdə mələklərin gözlərini qamaşdırmaq", "Fasahətli, bəlağətli və alovlu xütbələr söyləmək", "İmam Həsən (ə) və İmam Hüseyn (ə) və Həzrət Zeynəbi (s) tərbiyə etməsi"ni Həzrət Fatimənin (s) bənzərsiz xüsusiyyətlərindən biri hesab edərək əlavə etdi: "O, uşaqlıqda, gənclikdə, evlilikdə və həyat tərzində müsəlman qadınının ən yaxşı, ən gözəl və ən üstün nümunəsidir".

Həzrət Ayətullah Xamenei dünyada qadın məsələsi ilə bağlı fərqli baxışlara işarə edərək dedi: "Kapitalizm və onlara tabe olan siyasətçilər, dünyada təsirli mediaya sahib olmaqla, vicdansızlıq və yalançılıqla, fəlsəfi və humanitar nəzəriyyə pərdəsi altında qlobal qadın cəmiyyətinin işlərinə qarışmaq və istiqamətləndirmək və qeyri-qanuni mənfəət əldə etmək üçün cinayət və korrupsiya motivlərini gizlədirlər".

O, vicdansızlığı və riyakarlığı qərbli müstəmləkəçilərin və kapitalistlərin adi üsulu hesab edir, qadınların azadlığı və müstəqilliyi adı altında sənayelərin aşağı maaşlı işçilərə olan ehtiyaclarını ödəmək üçün qadınların fabriklərə çəkilməsi bu ikiüzlülüyün nümunəsidir.

Həzrət Ayətullah Xamenei təxminən 2 əsr əvvəl Amerika qullarının azad edilməsi şüarının gizli məqsədini cənub tarlalarından qulları bu ölkənin şimalındakı fabriklərə sürükləmək adlandırıb və deyib: "Bu gün də feminizm və qadın azadlığı və hüquqları şüarlarının arxasında anti-insani və siyasi məqsədlər gizlənir, bəziləri aydındır, bəzi məqsədlər isə sonradan üzə çıxacaq".

O, bu sahədə İslamın məntiqini ümumi şəkildə dərk etmək üçün İslam nizamnaməsinin qadın kateqoriyasında şərhini zəruri hesab edib və dedi: "Biz bu məntiqi cəmiyyətdə həyata keçirməli və ona əsaslanaraq hərəkət etməliyik, təbii ki, inqilabdan sonra bu sahədə çox işlər görüldü".

İnqilab rəhbəri evlilik məsələsini İslamda qadın nizamnaməsində ilk mühüm prinsip adlandırıb və əlavə edib: "Quranın bir neçə ayəsinə əsasən, kişi və qadın eyni cinsdən, cütlükdən ibarətdir və biri digərini tamamlayır".

Həzrət Ayətullah Xamenei ailə adlı üçüncü bir vahidin yaranması üçün nikahın və kişi ilə qadının bir-birini tamamlamasının zəruriliyi adlandırıb və deyib: "Ona görə də ailə qurmaq ilahi bir yaradılış ənənəsidir ki, xoşbəxtlikdən İran mədəniyyətində ailə məhəbbəti millətin gücünün və mədəni dərinliyinin mühüm əlamətlərindən biridir".

İnqilabın Rəhbəri İslam nizamnaməsinin qadınlarla bağlı başqa bir prinsipinin “mənəvi hərəkətdə və insani kamillikdə və gözəl həyata nail olmaqda qadın və kişi arasında heç bir fərq yoxdur” olduğunu deyib: "İslam nöqteyi-nəzərindən fiziki fərqlərə baxmayaraq, həm kişi, həm də qadın sonsuz qabiliyyətlərə və əqli və əməli yeniliklərə və istedadlara malikdir ki, bu da qadını kişi kimi bacarıqlı edir, bəzi hallarda isə müxtəlif elmi, siyasi, sosial, iqtisadi, beynəlxalq, mədəniyyət və incəsənət sahələri və fəaliyyətlərində rol oynamasını vacib edir".

O, İslam nöqteyi-nəzərindən ailədə kişi və qadının fərqli rol oynamasını birinin digərindən üstünlüyünün səbəbi hesab etməmiş və əlavə etmişdir: "Ailədə kişi və qadın eyni hüquqlara malikdir; əlbəttə ki, emosional baxımdan İslam qadını təravətinə, ətrinə qulluq edilməli və ailədə istifadə edilməli bir çiçək hesab edir.

“Kişi və qadın arasında ünsiyyət və ictimailəşməni tənzimləyən məhdudiyyətlər” İslam baxımından vurğulanan başqa bir məsələ idi ki, inqilab rəhbəri bu mövzuda deyib: "İslamın “hicab, iffət və zahiri görkəm” məsələsi ilə bağlı qeyd-şərtləri və mülahizələri var. Əlbəttə ki, bu gün Qərbdə baş verən ədəbsizliklər nisbətən yenidir və iki-üç əsr əvvəlki ədəbi əsərlərdə Avropa qadınlarının təsviri Qərbdə də qadın məsələsi ilə bağlı çoxlu mülahizələrin olduğunu göstərir".

O, İslamın qadına baxışının digər sütunu kimi “analığın mənəvi dəyərini və onunla fəxr etməyi” sadaladı və əlavə etdi: "Bu gün bəzi insanlar müstəqil cəmiyyətlərin, xüsusən də cəmiyyətimizin kapitalistlərinin, müstəmləkəçilərinin, bədxahlarının siyasətinin kölgəsində “analıq”dan pis bir obraz təqdim edirlər. Ana olmaq, insan yetişdirmək çox dəyərli şərəfdir və məhz bu əsasda İslamda müxtəlif yozumlarla, o cümlədən cənnət anaların ayaqları altındadır, anaları sevmək, onlara qulluq etmək və ona itaət etmək barədə çoxlu əmrlər verilmişdir".

Həzrət Ayətullah Xamenei İslam nizamnaməsinin qadınlarla bağlı bəzi mühüm prinsiplərini sadaladıqdan sonra, inqilabın qələbəsindən sonra müxtəlif sahələrdə dindar, bilikli və fəal qadınların heyrətamiz artımını bu prizmadan əsas götürərək dedi: " İnqilabın mübarizəsi və qələbəsi zamanı qadınların rolu həlledici idi. Bəzi insanlar qadınların yürüşlərdə olmasının əleyhinə olduqları halda, həzrət İmam (r.ə) bu fikrə qəti şəkildə qarşı çıxdı".

O əlavə etdi: "Məhz qadınların sahəyə daxil olması onların həyat yoldaşlasrı və uşaqlarının sahəyə girməsinə səbəb oldu. Ona görə də müəyyən mənada qadınlar inqilabın qələbə çalmasına səbəb oldular".

captcha