IQNA

Papa Fransisk İsrailin Qəzzaya endirdiyi hava zərbələrinə reaksiya verib

3:15 - December 23, 2024
Xəbər sayı: 3497296
İQNA – Katoliklərin Ruhani Lideri Papa Fransisk İsrailin Qəzzaya son hava hücumlarına reaksiya göstərərək, “Bu müharibə deyil, zülmdür” dedi.

"Reuters"-in verdiyi xəbərə görə, Papa Fransisk Vatikan Kilsəsində illik Milad çıxışı zamanı Qəzzada Fələstin xalqının öldürülməsini qınayaraq, “Dünən uşaqlar bombalandı. Bu, müharibə deyil, zülmdür” deyə bildirib.

Papa Fransisk Katolik izləyicilərinə etdiyi çıxışlarda adətən dünya hadisələrinə mühafizəkar bir yanaşma sərgiləyir, lakin son bir neçə ay ərzində sionistlərin cinayətlərini güclü və açıq şəkildə tənqid edir.

Papa Fransisk keçən ay nəşr olunan yeni kitabında “Beynəlxalq ekspertlər Qəzzada baş verənlərin soyqırım xarakteri daşıdığı” fikrinə də yer verib.

Katoliklərin Ruhani Lideri sionist rejimin Qüds Patriarxını Qəzzaya buraxmadığını vurğulayaraq, “Dünən uşaqlar bombalandı. Bu zülmdür. Bu müharibə deyil. Bunu demək istədim, çünki ürəklərə toxunur” dedi.

İtaliyanın "Il Foglio" qəzetində açıq məktub dərc edən İsrailin Diaspora İşləri Naziri Amiçay Çikli, Papa Fransiski sərt ifadələrlə tənqid edərək, onu soyqırım terminini “əhəmiyyətsizləşdirməkdə” ittiham etdi.

4255364

captcha