"Əl-Məsa" internet saytının verdiyi xəbərə görə, Əlcəzairdə fəaliyyət göstərən təhsil şöbələri və dərnəkləri müxtəlif proqramlar həyata keçirərək qış tətilində uşaq və tələbələrin asudə vaxtlarını doldurmağa çalışır.
Bu arada, Əlcəzairin Əl-Blida əyalətindəki Dini İşlər İdarəsi müxtəlif bölgələrdə şagirdləri yerləşdirmək üçün Quran məktəbləri açmağa çalışır. Məqsəd qış tətilinin Quran hifzi və təhsili üçün istifadə edilməsini təmin etməkdir.
"Əl-Blida" Dini İşlər İdarəsinin müdiri Kamal Belasel qış tətilində mümkün qədər çox uşaq və gəncin Quran məktəbləri, kitabxanalar və Zaviyə kimi tanınan ənənəvi Quran təhsili mərkəzlərindən faydalanmasını təmin etmək üçün sürətləndirilmiş bir proqram hazırladığını söylədi.
Onun sözlərinə görə, vilayətdə Quran hifzi və qiraəti üçün 697 Quran mərkəzi, 92 məktəb və 6 zaviyə fəaliyyət göstərəcək.
O, həmçinin bildirib ki, Quran təhsili uşaqlara dəstək olmaq və onların asudə vaxtlarını öz inanclarını öyrənmək üçün keçirmələri ən uğurlu proqramlardan biridir. Buna görə də qış tətilində tələbələr üçün bütün Quran məktəblərini açıblar.
Sonda, digər şəhərlərdən gələn Quran hafizlərinin Blida Quran mərkəzlərindən qiraət icazəsi ala biləcəklərini bildirən Belasel, bunun hafizlərin bacarıqlarını artıracağını, onların milli və beynəlxalq Quran yarışlarında uğur qazanmalarına töhfə verəcəyini bildirib.
4258326