IQNA

Fələstin tərəfdarları Fransada İsrail ilə basketbol oyununa reaksiya verib

1:59 - January 18, 2025
Xəbər sayı: 3497451
İQNA - Fələstin tərəfdarları cümə axşamı axşam Paris və Maccabi Təl-Əviv klubları arasında basketbol oyununa etiraz olaraq nümayiş keçiriblər.

“Anadolu Arabic”in verdiyi məlumata görə, Paris və “Makkabi Təl-Əviv” klubları arasında basketbol oyunu Parisdəki “Adidas Arena”da oynanılıb.

Fələstin tərəfdarları İsrail klubu ilə oyundan narazılıqlarını bildirmək üçün etiraz aksiyası keçiriblər.

Fələstin bayraqları və “Ədalət Fələstinə məxsusdur” yazılmış plakatlar daşıyan nümayişçilər “İsrail qatildir”, “Makron İsrailin şərikidir” şüarları səsləndirərək təşkilatı qınayıblar.

Nümayiş zamanı fransalı etirazçılar sionist rejimin Qəzzə xalqına qarşı soyqırımına qəzəblərini ifadə edərək, Təl-Əvivə dəstək verən şirkətlərlə əlaqələri kəsməyə çağırıblar.

captcha