IQNA

Omanın müftisi sionist rejimin cinayətlərinə qarşı susmağı sərt tənqid edib

11:21 - April 05, 2025
Xəbər sayı: 3497957
İQNA - Omanın baş müftisi sionist rejimin Qəzza zolağındakı cinayətlərinə qarşı sükutu sərt şəkildə tənqid edib.

"İQNA"-nın məlumatına görə, Şeyx Əl-Xəlili rəsmi X-Net səhifəsində işğalçı və faşist İsrail rejiminin bütün Qəzza zolağında, o cümlədən, Xuzada (Xan Yunisin şərqində), Əl-Nəsr qəsəbəsində (Rəfahın şimal-şərqində) müdafiəsiz dinc sakinlərə qarşı cinayətləri haqqında yazıb: "Həyat əlaməti kimi döyünən İslam millətinin bədənində can damarı qalmayıbmı? Yoxsa canlı və oyaq insan vicdanlarının belə susdurulduğunu qəbul etməliyik"?

İslami Müqavimət Hərəkatı HƏMAS, aprelin 4-də verdiyi bəyanatda, Şucaiyyə və Əl-Tuffahın (Qəzzə şəhərinin şərqində) atəşə tutulmasının davam etdiyi bir vaxtda son saatlarda onlarla insanın şəhid olduğunu və yaralandığını və bu cinayətlərin beynəlxalq ictimaiyyətin gözü və səssizliyi qarşısında həyata keçirilən vəhşi soyqırımı çərçivəsində baş verdiyini vurğulayıb.

HƏMAS qeyd edib ki, məqsədyönlü hərbi hücumların artması, əhalinin sıx məskunlaşdığı ərazilərin planlaşdırılmış mühasirəyə alınması və sakinlərin minimum insan ehtiyaclarından məhrum edilməsi işğalçı rejimin məqsədlərinin mahiyyətini ortaya qoyur. Əsirlər məsələsindən kənara çıxan və kökündə sadist faşist qisas və soyqırım və məcburi köçürmək proqramlarının həyata keçirilməsinə dayanan məqsədlər.

4274776

captcha