“Əş-Şuruq” saytının verdiyi xəbərə görə, bu kursu Misir Beynəlxalq Vəqflər Akademiyasının Təhsil üzrə baş direktoru Əşrəf Fəhmi və Akademiyanın İnzibati Direktoru Xalid Əbül-Azz “Ənənəvi məktəblərdə effektiv əzbərləmə bacarıqları və tədris metodları” adı altında açıblar.
Əşrəf Fəhmi bildirib ki, kurs, Quran hafizləri yetişdirmək, onların təhsil və elmi bacarıqlarını gücləndirmək, cəmiyyətdəki rollarına görə pedaqoqların maarifləndirilməsi məqsədilə təşkil olunub.
Həmçinin bildirilib ki, digər məqsədlər arasında İslami mötədilliyin yayılması və Quran dəyərlərinin institutlaşdırılması, cəmiyyətin bütün təbəqələri, xüsusilə gənclər arasında sosial maarifləndirmənin yayılmasında məktəblərin əhəmiyyətinin vurğulanması var.
Misir Quran Qariləri Assosiasiyasının vitse-prezidenti Şeyx Əbdül-Fəttah Əl-Taruti “Uğurlu Quran maarifçisinin bacarıqları və sosial məsuliyyəti” başlığı altında çıxış edib.
Taruti vurğulayıb ki, uğurlu Quran müəllimi qiraət qaydalarına və öyrətmə üsullarına yaxşı bələd olmalı, uşaqlarla yaxşı ünsiyyət qurmağı bacarmalıdır.
Misirin İslamşünaslıq fakültəsinin dosenti Məhəmməd Nəcdi çıxışında maarifçi və mötədil yanaşma əsasında həqiqi dini maarifləndirmənin yayılmasının vacibliyini vurğulayaraq, ekstremist düşüncələrə qarşı mübarizə strategiyalarından və haqq dindən uzaqlaşmaya səbəb olan anlaşılmazlıqları düzəltməkdən danışıb.
4284793