IQNA

Qəzzada daha bir körpə şəhid oldu / 17 min fələstinli uşaq qidalanma çatışmazlığından əziyyət çəkir

14:22 - July 26, 2025
Xəbər sayı: 3498589
İQNA - Qəzza şəhərindəki Müəmmədani xəstəxanasından bir tibbi mənbə bildirib ki, fələstinli körpə Hüd Ərəfat ağır qidalanma çatışmazlığı və uyğun süd tapılmaması səbəbindən həyatını itirib.

“İQNA”-nın “Arabi 21”ə istinadən verdiyi xəbərə görə, Qəzza zolağında Təcili Tibbi Yardım şöbəsinin rəhbəri Məhəmməd Əbu Afş bildirib: “Xan Yunis şəhərindən olan altı aylıq bir qız körpə, ağır qidalanma çatışmazlığı və ərzaq azlığı səbəbilə şəhid olub.

Qəzza zolağının tibbi yardım rəhbəri “Əl-Cəzirə” telekanalı ilə söhbətində xəbərdarlıq edərək bildirib ki, bu bölgədə sağlamlıq vəziyyəti gündən-günə daha da ağırlaşır və Qəzza hazırda aclığın beşinci mərhələsindədir.

Məhəmməd Əbu Əfş qeyd edib ki, son beş ayda Qəzzaya heç bir ərzaq və ya tibbi yardım daxil olmayıb və insanlar tamamilə yemək, içməli su və tibbi xidmətlərdən məhrum vəziyyətdədirlər.

Onun sözlərinə görə, hazırda Qəzzada 17 min uşaq ağır qidalanma çatışmazlığından əziyyət çəkir və körpələr üçün lazım olan süni süd və həyati əhəmiyyətli qidaların olmaması ciddi və ölümcül problemlərə səbəb olur.

O, xəbərdarlıq edərək bildirib: əgər dərmanlar və tibbi avadanlıqlar tezliklə çatdırılmasa, ölüm halları təhlükəli dərəcədə artacaq.

Əbu Əfş əlavə edib ki, Qəzza sakinləri bir kisə una belə möhtac olduqları bir vaxtda, işğalçı qüvvələr qəsdən böyük miqdarda ərzağı məhv edirlər.

O bildirib ki, Qəzzadakı xəstəxanalarda müalicə alan bir çox yaralı dərman və tibbi qayğıya çox ehtiyac duyur, lakin mühasirə və avadanlıq çatışmazlığı səbəbilə onlara yardım göstərmək ciddi çətinliklərlə üzləşir.

Əbu Əfş, UNICEF-in bu gün səhiyyə sektoruna altı yük maşını yardım göndəriləcəyinə dair yeni vədindən danışıb və ümid etdiyini bildirib ki, bu kiçik addım Qəzza xalqının ağrılarını bir qədər azalda bilər.

Bu acı hadisə, mühasirə və davam edən müharibə nəticəsində minlərlə uşaq və mülki şəxsin həyatını təhdid edən genişmiqyaslı bir humanitar faciənin daha bir simvoludur.

Qəzza zolağında qidalanma çatışmazlığı və aclıq səbəbilə şəhid olan uşaqların sayı hər an artır.

4296345

captcha