“İQNA”-nın Səudiyyə Ərəbistanı Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, Qurani-Kərimin hifzi, tilavəti və təfsiri üzrə təşkil olunan bu beynəlxalq yarışın iştirakçıları, Səudiyyə Ərəbistanı İslam İşləri, Dəvət və İrşad Nazirliyinin təşkilatçılığı ilə Mədinə şəhərindəki tarixi məscidlərə və qədim abidələrə baş çəkiblər.
Bu ziyarətlər Nazirliyin iştirakçılar üçün hazırladığı mədəniyyət proqramlarının bir hissəsini təşkil edib. Mədəni proqram Ühüd dağı, Ühüd şəhidlərinin qəbiristanlığı və Rumat dağına ziyarətlə başlayıb və iştirakçılara bu məkanların əhəmiyyəti barədə məlumat verilib.
Sonra iştirakçılar İslamda inşa edilən ilk məscid olan Quba məscidini ziyarət edib və orada iki rükət “təhiyyətül-məscid” namazı qılıblar. Daha sonra isə Məscidün-Nəbini (s) ziyarət edib, Rövzeyi-Mütəhərrədə namaz qılıblar.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının “Kral Abduləziz” adına təşkil etdiyi 45-ci Beynəlxalq Qurani-Kərim hifz, tilavət və təfsir müsabiqəsində dünyanın 128 ölkəsindən nümayəndələr iştirak edir. Bu, hicri 1399-cu ildən etibarən yarışın təsis olunmasından bəri iştirakçı ölkələrin ən böyük sayıdır.
Yarışlar 18–29 avqust tarixlərində beş nominasiya üzrə keçirilir:
“Qurani-Kərimin tam hifzi – gözəl tələffüz, təcvid və yeddi mutəvatir qiraət”
“Qurani-Kərimin tam hifzi – gözəl tələffüz, təcvid və Qurani-Kərimin bütün kəlmələrinin təfsiri”
“Qurani-Kərimin tam hifzi – gözəl tələffüz və təcvid”
“Qurani-Kərimin ardıcıl 15 cüzünün hifzi – gözəl tələffüz və təcvid”
“Qurani-Kərimin ardıcıl 5 cüzünün hifzi – gözəl tələffüz və təcvid”
4300540