IQNA

İsrail rejiminin sabiq baş naziri Avropadakı müsəlman uşaqlara qarşı təxribatçı açıqlamalar verib

10:37 - August 20, 2025
Xəbər sayı: 3498718
İQNA - İsrail rejiminin sabiq baş naziri çıxışında Avropa ölkələrində müsəlmanların sayının artması və xüsusilə Niderland və İngiltərə kimi ölkələrdə müsəlman uşaqların çoxluğunu vurğulayaraq həyəcan təbili çalıb.

“İQNA”-nın “Arabi21”ə istinadən verdiyi xəbərə görə, İsrail rejiminin sabiq baş naziri Naftali Bennett Avropada müsəlmanların nisbətinin artdığı barədə xəbərdarlıq edib və iddia edib ki, bu demoqrafik dəyişikliklər birbaşa olaraq İsrail rejiminə təsir göstərəcək.

Bennett deyib: “Brüsseldə uşaqların yarısından çoxu, Amsterdam, Vyana və Londonda isə təxminən 40 faizi müsəlmandır.”

O əlavə edib: “Bu rəqəmlər inanılmazdır və İsrailə qarşı siyasətlərə ciddi təsirlər göstərəcəkləri kimi, həm də qlobal miqyasda mühüm nəticələr doğuracaq.”

İsrail rejiminin sabiq baş naziri bildirib ki, Avropa cəmiyyətlərində müsəlmanların nisbətinin artması oradakı siyasətçiləri İsrailə qarşı daha düşmən mövqe tutmağa vadar edəcək.

O, həmçinin Qərbi Avropadan asılılığın azaldılmasına və gələcək qlobal dəyişikliklərə hazırlıq məqsədilə Hindistan və Birləşmiş Ərəb Əmirlikləri kimi digər ölkə və bölgələrlə əməkdaşlığın genişləndirilməsinə çağırıb.

Bennett, Avropa məktəblərində müsəlman uşaqlarının nisbətinin artdığını göstərən qrafik siyahı təqdim etsə də, bu fikirlərinin mənbəyini açıqlamayıb.

Eyni zamanda o, bir sıra Qərb statistika mənbələrinə və tədqiqat mərkəzlərinin hesabatlarına istinad edərək qeyd edib ki, Avropadakı müsəlman icmaları digər avropa cəmiyyətlərinə nisbətən daha gəncdir və demoqrafik dəyişikliklər də onların xeyrinə gedir.

4300616

captcha