“İQNA”-nın “əl-Mənar”a istinadən verdiyi xəbərə görə, Hizbullahın bəyanatında deyilir: “Hizbullah ən sərt ifadələrlə İsrailin vəhşicəsinə təcavüzünü, Həmas İslami Müqavimət Hərəkatının ali danışıqlar heyətini Dohada keçirilən iclas zamanı hədəf almasını qınayır.”
Hizbullah bildirib: “Bu qorxaqlıqla törədilən cinayət sionist rejimin xəbisliyini və alçaqlığını sübut edir. Bu, dünyaya açıq şəkildə göstərir ki, ABŞ-ın açıq dəstəyi ilə bu rejim bütün qanun və beynəlxalq müqavilələri tamamilə saya salmır, dövlətlərin suverenliyinə hörmət etmir və istədiyi vaxt, istədiyi şəkildə onların toxunulmazlığını pozmaqda israr edir, özü üçün heç bir məhdudiyyət və ya çəkindirici görmür.”
Bəyanatda vurğulanıb: “Həmas rəhbərlərinin ABŞ-ın son təklifini müzakirə etmək üçün toplaşmalı olduğu iclasa qarşı bu lənətlənmiş hücum qəti şəkildə təsdiqləyir ki, bu cinayətkar rejim nə danışıqlar, nə də həll yolu istəyir. O, hətta bütün əsirlərinin həyatına başa gəlsə belə, qətl, dağıntı və viranəlik üzərində qurulmuş qanlı layihələrini həyata keçirməkdədir.”
Hizbullah bildirib: “Bu, Qəzza, İordan çayının qərb sahili və region ölkələri əleyhinə planlaşdırdığı dəhşətli cinayətlər, məcburi köçürmə, sistemli dağıntı və soyqırım törətmək barədə açıq bir mesajdır.”
Bəyanatda əlavə olunub: “Biz ərəb və islam ölkələrini, həmçinin beynəlxalq ictimaiyyəti bu cinayətkar rejimin gündəlik törətdiyi soyqırımı dayandırmaq və onu məsuliyyətə cəlb etmək üçün dərhal hərəkətə keçməyə çağırırıq. Yalnız qınamaqla kifayətlənməsinlər, bu qəsbkar rejimlə bütün əlaqələrini kəssinlər və ABŞ-a təzyiq göstərərək onun düşmənə sonsuz dəstəyini dayandırmağa məcbur etsinlər.”
Hizbullahın bəyanatının sonunda deyilir: “Bu hücum fələstinlilərin müqavimətə olan əzmini və öz torpaqlarını müdafiə etməkdə israrını daha da artırır.”
4304335