IQNA

Saratov Cümə Məscidi “Quran Dünyası” sərgisinə ev sahibliyi edir

10:43 - September 24, 2025
Xəbər sayı: 3498918
İQNA - Qətərin iştirakı ilə beynəlxalq “Quran Dünyası” sərgisi Rusiyanın Saratov şəhərinin Cümə Məscidində keçirilir.

“İQNA”-nın “muslimsaroundtheworld” saytına istinadla verdiyi xəbərə görə, bu sərgi Rusiyanın Volqa bölgəsində ən mühüm İslami fəaliyyətlərdən biri olub və 20 sentyabr 2025-ci ildə Saratov şəhərinin Cümə Məscidində mühüm mədəni-dini tədbir kimi açılışı baş tutub.

Rusiya və Qətərdən nümayəndə heyətləri, dini və mədəni xadimlər Quran sərgisinin açılış mərasimində iştirak ediblər. Tədbir rəqəmsal və innovativ texnologiyalar, həmçinin audio-vizual vasitələrdən istifadə etməklə ziyarətçilərə Quran mətnilə birbaşa ünsiyyət qurmaq, onun məzmununu həm ənənəvi, həm də yenilikçi bir mühitdə dərk etmək imkanı yaradıb.

Sərginin təşkilatçıları Qurani-Kərimin xəttatlıq gözəlliklərini və qədim əlyazma Quranların tarixini nümayiş etdirərək müxtəlif yaş qruplarından olan ziyarətçilərə Qurani xəttatlıq sənəti ilə tanışlıq məqsədilə izahlar veriblər.

Bu tədbir Rusiyada mühüm İslami fəaliyyətlərdən biri olaraq, böyük məscidlərin – o cümlədən Saratov Cümə Məscidinin – ibadi fəaliyyətlərlə yanaşı mədəni və tədris fəaliyyətlərinin birləşdirilməsindəki dinamik rolunu vurğulayır.

Təşkilatçılar ümid edirlər ki, Saratov sərgisi mədəni dialoqun güclənməsinə körpü olacaq və gənc nəsli Qurani-Kərimi yalnız dini kitab deyil, həm də hərtərəfli mədəni və mənəvi bir ismarıc kimi dərk etməyə təşviq edəcək.

Qeyd edək ki, “Quran Dünyası” sərgisi Qətər ilə Rusiya Federasiyası arasında mədəni-dini əməkdaşlıq çərçivəsində keçirilir. Onun ikinci mərhələsi 6 oktyabr 2025-ci ilədək davam edəcək və Moskva, Saratov, Saransk və Qazan şəhərləri bu proqramlara ev sahibliyi edəcəklər.

Halbuki, sərginin birinci mərhələsi 2024-cü ilin noyabrında yalnız Moskvada təşkil olunmuşdu.

4306656

Teqlər: rusiya ، saratov ، quran ، sərgi ، qətər
captcha