IQNA

Sionist nazirin Məmdaninin qələbəsindən sonra yəhudilərin Nyu-Yorkdan çıxması ilə bağlı təklifi

15:03 - November 06, 2025
Xəbər sayı: 3499159
İQNA - Bir sionist nazir, müsəlman namizəd Zəhran Məmdaninin Nyu-York meri seçilməsindən sonra, yəhudiləri bu şəhəri tərk edib işğal olunmuş torpaqlara köçməyə çağırıb.

“İQNA”-nın “Asimatul-Arab” saytına istinadən verdiyi xəbərə görə, İsrailin bir naziri Zəhran Məmdaninin – sosialist demokrat namizədin – Nyu-York meri seçilməsindən sonra, şəhərdə yaşayan amerikalı yəhudilərə İsrailə köçməyi düşünməyi tövsiyə edib.

İsrailin xaricdəki yəhudi işləri naziri Amihay Şekeli, Məmdaninin qələbəsini “Nyu-York şəhəri üçün həlledici dönüş nöqtəsi” adlandıraraq bildirib ki, bu hadisə “sayısız yəhudi qaçqına azadlıq və imkanlar bəxş edən şəhərin təməlini sarsıdır”.

Şekeli – ki, bundan öncə Cənubi Livanın və Qəzza məntəqələrinin etnik təmizlənməsi və işğalını dəstəkləmişdi – Məmdanini “HƏMAS tərəfdarı” adlandırıb.

O, 11 sentyabr hücumlarına istinad edərək iddia edib ki, 34 yaşlı bu müsəlman siyasətçinin baxışları “25 il öncə 3000 amerikalının ölümünə səbəb olan cihadçı fanatiklərin baxışlarından çox da fərqlənmir”.

Şekeli sonda deyib: “Nyu-York yəhudiləri İsraildə yeni vətənlərini qurmağı ciddi şəkildə nəzərdən keçirməlidirlər.”

Zəhran Məmdani, Nyu-Yorkun Kuinz bölgəsindən nümayəndələr palatasının üzvü olaraq, çərşənbə axşamı keçirilən bələdiyyə seçkilərində qalib gəlib və bu şəhərin ilk müsəlman meri olub.

Şekelidən başqa, bir neçə digər sionist rəsmilər də Məmdaninin qələbəsindən narazılıqlarını bildiriblər.

İsrail rejiminin daxili təhlükəsizlik naziri İtmar Ben Qvir, nəticəni “sağlam düşüncəyə qarşı antisemitizmin qələbəsi” adlandırıb.

İsrailin BMT-dəki nümayəndəsi Danni Danon isə deyib ki, “Məmdaninin alovlu çıxışları onları məqsədlərindən döndərə bilməz”.

Məmdani Uqandada hindistanlı valideynlərdən doğulub və uşaqlıqda ABŞ-a köçüb.

O, sol yönlü bir kampaniya apararkən, Nyu-Yorkda İsrail rejiminin Qəzzadakı müharibəsinə qarşı geniş etirazlar davam etdiyi bir dövrdə belə, daim Fələstinə dəstək mövqeyini qoruyub.

Məmdani İsraili Qəzzada soyqırım törətməkdə ittiham edib və bəyan edib ki, əgər İsrailin baş naziri Binyamin Netanyahu Nyu-Yorka səfər etsə, o, Beynəlxalq Cinayət Məhkəməsinin qərarına əsasən həbs ediləcək.

4315127

captcha