IQNA

Məmdani: “Netanyahu Nyu-Yorka daxil olsa, onu həbs etdirəcəyəm”

12:08 - November 18, 2025
Xəbər sayı: 3499234
İQNA - Nyu-Yorkun seçilmiş meri Zahran Məmdani ABC News telekanalına verdiyi müsahibədə bildirib ki, əgər Benyamin Netanyahu gələn il BMT Baş Assambleyasının iclası üçün ABŞ-a daxil olsa, onun həbs olunması barədə göstəriş verəcək.

“Əl-Aləm”in məlumatına görə, Nyu-Yorkun seçilmiş meri Zahran Məmdani vurğulayıb ki, beynəlxalq həbs qərarlarının icrası üçün bütün qanuni yolların yaradılması istiqamətində heç bir səyini əsirgəməyəcək.

O əlavə edib: “Dəfələrlə demişəm ki, bu şəhər beynəlxalq hüququn tələblərinə tabedir və gələn il bu şəhərdə keçiriləcək BMT Baş Assambleyası iclası zamanı da həmin qanunlar tətbiq olunacaq. O cümlədən Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarları da icra olunmalıdır.”

Məmdani qeyd edib ki, bu qərarların Benyamin Netanyahuya qarşı verilib-verilməməsinin və ya Vladimir Putinə aid olub-olmamasının fərqi yoxdur; “biz öz dəyərlərimizə sadiqik.”

O sözlərinə belə davam edib: “Mən Donald Trampdan fərqli olaraq qanun çərçivəsində hərəkət edirəm və özüm üçün qanun uydurmuram. Buna görə də beynəlxalq qərarların icrası üçün əlimdən gələn hər şeyi edəcəyəm.”

Nyu-Yorkun merinin sözlərinə görə: “Əgər Netanyahu Nyu-Yorka daxil olsa və mən onun həbs olunması üçün heç bir cəhd göstərməsəm, deməli, mən Nyu-Yorkun meri deyiləm.”

O deyib: “Netanyahunun həbs qərarının icrası üçün bütün hüquqi imkanlardan istifadə olunmalıdır.”

4317483

Teqlər: nyu-york ، mer ، netanyahu ، həbs
captcha