“İQNA”-nın “Əxbar 24”-ə istinadən verdiyi xəbərə görə, Nazirlik bildirib ki, Həcci yerinə yetirmək üçün rəsmi və qanuni Həcc icazəsinin alınması əsas və dəyişməz şərtdir.
Nazirlik həmçinin hamını bu ilin Həcc mövsümünə dair təlimatlara riayət etməyə, müvafiq qurumlarla əməkdaşlıq etməyə və Rəhman olan Allahın qonaqlarının təhlükəsizliyi və sağlamlığının təmin olunmasına kömək etməyə çağırıb. Qaydalara əməl etməməkdən çəkinmələri barədə xəbərdarlıq edilib ki, əks halda pozuntular hüquqi cəzalara səbəb ola bilər.
Nazirlik əlavə edib ki, vətəndaşlar və bu il Həcc mərasimində iştirak edən bütün şəxslər qaydaları pozanlar barədə məlumat verməkdə fəal olmalıdırlar. Bu kimi halların bildirilməsi üçün Məkkə, Mədinə, Riyad və Şərq bölgəsində 911, Səudiyyə Ərəbistanının digər bölgələrində isə 999 nömrəsinə zəng etmək mümkündür.
4349758